HAXIYEV Seyidәli Seydi oğlu (1946–2004) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1985), prof. (1988). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1969). 1973 ildәn hәmin un-tin diferensial vә inteqral tәnliklәr kafedrasında elmi-pedaqoji fәaliyyәtә başlamış, assistent, baş müәllim, dosent, prof. vәzifәlәrindә çalışmış, 1990–1996 illәrdә idarәetmә nәzәriyyәsinin riyazi üsulları kafedrasının müdiri olmuşdur. 1994–2004 illәrdә Türkiyәdә İstanbul Texniki Un-tindә prof. vәzifәsindә işlәmişdir. Tәdqiqatları әsasәn xüsusi törәmәli tәnliklәrin hәllәrinin korrektliyi vә optimal idarә etmә nәzәriyyәsinin riyazi mәsәlәlәrinә aiddir. 100-dәn artıq elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










