HAXUM – Yelizavetpol (Gәncә) qub.-nın Qazax qәzasında (9.9.1930 ildәn Şәmşәddin r-nu), Haxum çayı kәnarında azәrb.-ların yaşadığı kәnd. Adı mәnbәlәrdә ilk dәfә 12 әsrdә çәkilsә dә, indiki kәndin әsası 18 әsrdә qoyulmuşdur. 19 әsrin ortalarında kәndin azәrb. әhalisi sıxışdırılıb çıxarılmış vә burada İrandan, Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. 25.1.1978 ildә kәndin adı dәyişdirilәrәk Varaqavan qoyulmuşdur.










