HAİRİ (
) Mәhәmmәd Saleh (1879, yaxud 1880, İraq, Kәrbәla – 12.3.1971, İran, Simnan) – İran fәlsәfә vә kәlam alimi, fәqih, şair. Əslәn Babul ş.-ndәndir. Nәcәf ş.-ndә tәhsil aldıqdan (1894 –1906) sonra Babula gedәrәk dәrs demәyә başlamışdır. Hökumәt әleyhinә çıxışlarına görә bir müddәt hәbsdә vә sürgündә yaşamışdır. H. fәlsәfәdә, bir çox müasirinin әksinә olaraq, mahiyyәtin hәqiqiliyi fikrini müdafiә etmişdir. Fikirlәrindә İbn Sina, Nәsirәddin Tusi, Mir Damad vә Ş.Sührәvәrdiyә istinad edәn H.-yә görә, formanın hәqiqiliyinin tәsdiqi zәruri vә mümkün varlıqların eynilәşdirilmәsinin başlanğıcıdır. Müxtәlif fәlsәfi vә dini mövzulara dair әsәrlәrin, “Divanül-әdәb” şeirlәr mәcmuәsinin, “Nuniyyәtül-әcәm” mәnzumәsinin müәllifidir. İbn Sinanın “Eyniyyә” qәsidәsinә nәzirә yazmışdır.










