Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAİTİ 
    HAİTİ (Haïti) [digәr adı Espanyola (La Española), qәdim adı Kiskeya (Quis queya)] – Vest-Hinddә, Böyük Antil adaları qrupunda ada. Sah. 76,4 min km2. Şm.-dan At lantika okeanı, c.-dan Karib dәnizi ilә әhatәlәnir. Q.-dә Kuba a.-ndan Külәktutan boğazla, ş.-dә Puerto-Riko a.-ndan Mona boğazı ilә ayrılır. Sahil xәtti kәskin parçalanmışdır. Relyefi, әsasәn, dağlıqdır. Şm.-ş.-dәn c.-q.-ә dörd qırışıqlıq sistemi (Kordilyer-Septentrional; Kordilyer-Sentral; Mato vә Syerra-de-Neyba; Ot, La-Sel vә Syerra-de-Baoruko) ardıcıl olaraq birbirini әvәz edir. Hünd. 3175 m-әdәkdir (Duarte d., H.-nin vә Vest-Hindin әn hündür nöqtәsi). Silsilәlәri dağarası çökәkliklәr bir-birindәn ayırır. Adanın c.-ş. hissәsini geniş düzәnlik tutur. Tektonik cәhәtdәn ada Antil-Karib tektonik vilayәtinә daxildir; Antil a-rı qövsünün şm. seqmentindә yerlәşir. Silsilәlәrin geol. quruluşunda Tәbaşir yaşlı vulkanitlәr, peridotitlәr, Paleogen vә Miosenin karbonatlı çöküntülәri, Paleosen – Orta Eosenin vulkanogen vә çökmә süxurları iştirak edir. Dağarası çökәkliklәri Pliosen – Dördüncü dövrün molassları doldurmuşdur. H. seysmik aktiv zonada yerlәşir. 1842 vә 1952 illәrdә dağıdıcı zәlzәlәlәr baş vermişdir. Nikel filizlәri (Dominikan Resp.-nda), boksit, qızıl vә gümüş (Haiti vә Dominikan resp.-larında), hәmçinin әhәngdaşı vә mәrmәr (Haiti Resp.-nda) yataqları var. İqlimi tropik passatdır. Orta aylıq temp-r 23–29°C, illik yağıntı külәktutmayan yamaclarda 500–1500 mm, külәktutan yamaclarda 2000–2500 mm-dir. Payızda tez-tez qasırğalar olur. Adanın iri çayları Artibonit vә onun qolları Quayamuk, Yake-del-Norte, Yuna vә s.-dir. Kül-de-Sak çökәkliyindә Somatr vә Enrikilyo axarsız göllәri yerlәşir. Şm.-ş.-dә vә c.-da hәmişәyaşıl tropik, daxili r-nlarda yarpağını tökәn meşәlәr, quru savannalar vә seyrәk meşәliklәr var. Adada Haiti vә Dominikan respublikaları yerlәşir. H.-ni 1492 ildә X. Kolumb kәşf etmiş vә Espanyola adlandırmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU