Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAİTİ QULLARININ İNQİLABI (1791–1803)
    HAİTİ QULLARININ İNQİLABI (1791–1803) – Fransa müstәmlәkәsi olan San-Dominqo zәncilәrinin kölәliyin lәğvi vә istiqlaliyyәt uğrunda mübarizәsi. Böyük Fransa inqilabının tәsiri ilә başlanmışdı. H.q.i. әrәfәsindә San-Dominqoda 42 min ağ (onlardan 4 mini iri plantator-quldar vә şәkәr vә qәhvә tacirlәri olan “böyük ağlar” idi), tәqr. 50 min mulat vә azad zәnci vә 452 min kölә zәnci yaşayırdı. Ağlar mulatların bir hissәsilә birlikdә şәkәr qamışı plantasiyalarının tәqr. 25 %-inә malik idilәr vә San-Dominqonun iqtisadiyyatına tam nәzarәt edirdilәr. Şәxsin azadlığı olan mulatlar çox mәhdud hüquqlara malik idilәr vә bu da onların kәskin narazılığını daha da artırırdı. Bütün hüquqlardan tamamilә mәhrum olan kölә zәncilәr hәm ağ, hәm dә ”rәngli” plantatorlara nifrәt edirdilәr. Mulatların 1789 – 1791 ilin birinci yarısında siyasi hüquqlarını genişlәndirmәk cәhdlәri uğursuz oldu. 1791 il avqustun 14-dә kölә zәncilәrin üsyanı başladı; sәbәb sahibkarlara qarşı tezliklә müharibә baş verәcәyindәn danışan cadugәr Bukmanın fransızlar tәrәfindәn edamı oldu. 1791 il sentyabrın sonlarında üsyançılar ağların 1 min nәfәrindәn çoxunu öldürdü, 1,2 min qәhvә plantasi yasını mәhv etdi, texnoloji avadanlıqlarla birlikdә 200 şәkәr qamışı plantasiyasını yandırdı. Buna cavab olaraq ağ plantatorlar 10 min qulu edam etdilәr. İnqilabın bürüdüyü metropoliyadan kömәk gözlәmәyәn San-Dominqonun ağ әhalisi B. Britaniya hökumәtindәn adaya qoşun göndәrmәyi xahiş etdi. 1793 ildә Fransa, B. Britaniya vә İspaniya arasında müharibә başladı. Hәmin il San-Dominqoya çıxarılmış Britaniya desantı müstәmlәkәnin bir hissәsini nәzarәti altına aldı; Haiti a. hәrbi әmәliyyat meydanına çevrildi. Üsyançı qullar J. Fransua başda olmaqla öz ordusunu yaratdı. Fransuanın müavinlәri içәrisindә F.D. Tussen-Luvertür seçilirdi. Haiti a.-nın ş. hissәsinә (Santo-Dominqo müstәmlәkәsi) sahib olan İspaniya, üsyançıları öz tәrәfinә çәkmәk mәqsәdilә onlara kölәliyi lәğv edәcәyini vәd etdi. Lakin 1794 il fevralın 4-dә yakobinçilәr müstәmlәkәlәrdә kölәliyin lәğvi haqqında qanunu Müәssislәr mәclisindә qәbul etdikdәn sonra artıq inqilabın liderinә çevrilmiş Tussen-Luvertür öz ordusu ilә Fransa Resp.-sının tәrәfinә keçdi. Üsyançıların ordusu bir neçә dәfә Britaniya vә İspaniya qoşunlarını mәğlubiyyәtә uğratdı vә iki dәfә (1795 vә 1798 illәrdә) onları San-Dominqodan sıxışdırıb çıxardı. 1795 ildә İspaniya adanın ş. hissәsini Fransaya güzәştә getdi. 1797 ildә Fransa hökumәti Tussen-Luvertüru San-Dominqo silahlı qüvvәlәrinin baş komandanı tәyin etdi vә ona bütün adanı nәzarәtinә götürmәyi tapşırdı. 1801 ilin iyulunda San-Dominqo konstitusiyası qәbul olundu, Tussen-Luvertür isә ömürlük hakim elan edildi. Ada rәsmәn Fransadan asılı vәziyyәtdә olsa da, әslindә müstәqil dövlәt idi. Bu isә San-Dominqodan Karib hövzәsindә vә Şimali Amerikada әrazi ekspansiyası üçün dayaq mәntәqәsi kimi istifadә etmәyi düşünәn Fransanın birinci konsulu Napoleon Bonapartı qane etmirdi. 1801 ilde - kabrın 14-dә San-Dominqo sahillәrinә gen. F.M.Leklerkin başçılığı ilә 21,9 min nәfәr әsgәrlә 86 gәmidәn ibarәt hәrbi ekspedisiya göndәrildi. 15 min piyada vә 2 min süvaridәn ibarәt Tussen-Luvertürun qoşunlarını mәhv edә bilmәyәn fransızlar hiylәgәrliyә әlataraq sülh danışıqlarına başlamağı tәklif etdilәr. 1802 il iyulun 10-da Leklerkin qәrargahına gәlәn Tussen-Luvertür tutuldu, Fransaya göndәrildi vә çox keçmәdәn orada öldü. Tussen-Luvertürun varisi J.J.Dessalin 1803 ilin ikinci yarısında bir sıra qәlәbә çalaraq fransızları San-Dominqodan sıxışdırıb çıxardı. 1804 il yanvarın 1-dә San-Dominqo öz köhnә Haiti adını bәrpa etdi. Müstәqillik Bәyannamәsini qәbul edәn ölkә respublika elan olundu. Latın Amerikası xәritәsindә kölәlik institutunu lәğv etmiş ilk müstәqil dövlәt yarandı.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU