Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAKALTEKLƏR
    HAKALTEKLƏR (naua dilindә “koma sahiblәri” mәnasını verәn şahkalli vә teko sözlәrindәn yaranmışdır; özlәrini k u h v i n a k, hәrfәn “müqәddәs adamlar” adlandırırlar) – Mәrkәzi Amerikada qәrbi mayyalar qrupuna aid hindi xalqı. Qvatemalanın şm.-q.-indә (Ueuetenanqo dep-tinin şm.-ında, 70 min nәfәrdәn çox, 2014), Syerra-de-los-Kuçumatanes dağlarının q. әtәklәrindә vә Meksikanın c.-ş.-indә (Çyapas ştatının ş.-indә, tәqr. 2 min nәfәr) yaşayırlar. Hakaltek (popti) dilindә, hәmçinin ispan dilindә (әsasәn, kişilәr) danışırlar. Dindarların çoxu xristiandır. Mәdәniyyәtlәri kanhoballara yaxındır. İspan işğalınadәk (1525) mamelәrә bac verirdilәr. 19 әsrin ikinci yarısında, hәmçinin Qvatemalada vәtәndaş müharibәsi zamanı (1960–90-cı illәr) Meksikaya köçmüşlәr. Əsas mәşğuliyyәtlәri tala әkinçiliyidir. Vәhşi quşların vә xırda heyvanların ovlanmasında gil kürәciklәr atan qәdim nәfәs borucuğundan istifadә; naxışlı toxuculuq (uipili – qurşaq, çiyinlik vә s.), ağac üzәrindә oyma, hörmә, zәrgәrlik; qәdim mayya tәqvimi saxlanılmışdır. İldırım, yağış vә mәhsul allahlarına, dağ sahibinә (Yul Kahe), şәxsi, yerli vә ailәvi ruhlara-kömәkçilәrә (naqual, tonal) sitayiş edirlәr; mağaralarda, quyuların vә bulaqların yanında, әkin sahәlәrindә nәzir vә qurban verirlәr. Ayinlәri kahin şamanlar (çiman) vә cadugәrlәr (kunlum) icra edirlәr. Yeni illә (Vayeb, İhumitabil) üst-üstә düşәn Hakaltenanq bayramında (fevralın 2-si) vәzifәli şәxslәrin (“senyorlar”) әvәz olunması mәrasimi vә ayini-vәtәndaş qardaşlıqları (kofradi) üzvlәrinin seçkilәri keçirilir. Bayramlar güllәr, maskarad rәqslәri (ovçu, maral, cöngә, mavrlar, kortes vә s. rәqslәr), fleyta, tәbil, marimba vә s.-nin çalğısı ilә müşayiәt olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU