HAKAN Fikrәt (tәxәllüsu; әsl adı Bumin Qaffar Çıtanak) (23.4.1934, Balıkәsir – 11.7.2017, İstanbul) – türk teatr vә kino aktyoru. 1950 ildә “Sәs” teatrında sәhnә fәaliyyәtinә başlamışdır. 1953 ildә “Körpü altındakı uşaqlar” filmi ilә kinoya gәlmiş vә 1960-cı illәrin әn mәhsuldar aktyorlarından olmuşdur. 1970-ci illәrdә aktyorluqdan uzaqlaşmış, ssenarist vә rejissor kimi fәaliyyәtini davam etdirmişdir. “Sürgündәn gәlirәm”, (1971), “Cәnnәtin qapısı” (1973), “Ən böyük patron” (1975) vә “Sürgün” (1976) filmlәrinin rej.-u vә ssenari müәllifi olmuşdur. Ölkәdә keçirilәn müxtәlif festival vә müsabiqәlәrin mükafatlarına layiq görülmüşdür. Əsas filmlәri: “Ağ yaylıq” (1955), “Gәlinin arzusu” (1957), “Doqquz dağın әfәsi” (1959), “Üç yoldaş” (1959), “Köroğlu” (1960), “İlanların qisası” (1962), “Qaranlıqda oyananlar” “Kәşanlı Əli dastanı”, “Bitmәyәn yol” (hәr üçü 1965), “Muradın nәğmәsi” (1966), “Ölüm tarlası” (1967), “Möhtәkirlәr” (1971), “Körpü” (1975), “Dәmir yolu” (1979), “Unudulmayanlar” (1981), “Torpağın tәri” (1981), “Bir günün hekayәsi” (1982) “Sәssiz fırtına” (1989), “İtirilmiş illәr” (2006) vә s.










