Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAKİMİYYƏT 
    HAKİMİYYƏT – birinin öz iradәsini digәrinә zorla qәbul etdirә bilmәsi ilә ifadә olunan münasibәt; bu münasibәt insanın (qrupun, tәşkilatın) başqa insanlara mәqsәdyönlü şәkildә tәsir göstәrmәk, onların başqa halda öz iradәlәri ilә etmәdiklәrini etmәyә mәcbur etmәk imkanına malik olduğu hallarda baş verir. H. hәr hansı birgә fәaliyyәti hәyata keçirmәyin zәruri şәrti, sosial idarәçiliyin әsasıdır; o, insanın yaranması ilә birgә meydana gәlir vә insanlar arsındakı münasibәtlәrin bütün dayanıqlı formalarında mövcud olur: valideynlәr uşaqların, iş adamları muzdlu işçilәrin, rәhbәrlәr tabeçiliyindә olanların üzәrindә H.-ә malikdirlәr. H.-in geniş şәrhlәri (B.Rassel, ABŞ alimlәri K.Gibson, E.Qoldmen) dә mövcuddur, bu zaman heyvanlar alәmi (sürü başçısının H.-i), hәtta cansız predmetlәr (stixiya H.-i) dә H. mәkanına daxil edilir. H. hәmişә iki tәrәfin – H. subyektinin vә H. obyektinin mövcudluğunu nәzәrdә tutur; ayrı-ayrı insanlar, qruplar, tәşkilatlar hәr iki rolda çıxış edә bilәrlәr. Reallıqda insanlar nadir hallarda H.-in yalnız subyekti, yaxud yalnız obyekti olur. Bir insan eyni zamanda hәm kiminsә H.-inin obyekti, hәm dә digәr insanlar üzәrindә H.-ә sahib ola bilәr. H. subyektin obyektә münasibәtdә müәyyәn niyyәtlәrә vә bu niyyәtlәri, hәtta mümkün müqavimәtә baxmayaraq, hәyata keçirmәk qabiliyyәtinә malik olduğu halda meydana gәlir. H. subyektin obyektә tәsir üçün istifadә edә bilәcәyi müәyyәn potensialıdır; o, obyektin vәziyyәtindә, şüurunda vә davranışında subyektin öz iradәsi ilә hәyata keçirә bilәcәyi mümkün dәyişikliklәrin spektrini xaraterizә edir. Yәni H. obyektә tәtbiq olunmadan da mövcuddur, çünki subyekt öz niyyәtlәrini reallaşdırmağı tәxirә sala, yaxud onun müdaxilәsi olmadan da arzu olunan nәticәnin әldә olunacağını güman edә bilәr. Belәliklә, subyekt H.-ә obyekt üzәrindә onu hәyata keçirmәdәn dә malik ola bilәr. Əgәr subyektin öz iradәsini obyektә qәbul etdirmәsi cәhdlәri uğursuzluqla nәticәlәnirsә, bu, adәtәn H.-in olmamasının sübutudur. Subyektin niyyәtlәri ondan asılı olmadan reallaşırsa vә o, hadisәlәrin gedişinә tәsir edә bilmirsә, bu da H.-in yoxluğu demәkdir. H. subyektin olmadığı, yaxud mövcudluğu sırf formal xarakter daşıdığı әnәnә, ictimai rәy, qanun, әxlaqi norma, tәbiәt faktorları tәsirlәrindәn bununla fәrqlәnir.
    H.-in izahında başlıca әnәnәlәr. İnsan hәyatının istәnilәn mühüm fenomeni kimi, H. dә hәmişә tәdqiqatçıların diqqәt mәrkәzin dә olmuş, onun ayrı-ayrı aspektlәri, forma vә qanunauyğunluqları öyrәnilmişdir. Mәs., antik mütәfәkkirlәr (Platon, Aristotel) dövlәtdә siyasi idarәçiliyin konkret formasını vә H.-in әsaslarını tәhlil etmişlәr; Avqustin vә orta әsrlәrin digәr filosof-teoloqları üçün ilahi vә dünyәvi H.-in qarşılıqlı münasibәti әsas mövzu olmuşdur; N.Makiavellini effektli fәaliyyәt göstәrәn hökmdarın әldә etmәli olduğu H. resursları vә mexanizmlәri maraqlandırırdı; Yeni dövrdә dövlәt H.-inin formalaşmasının әsasları vә onun qolları arasında qarşılıqlı münasibәtlәrin prinsiplәri işlәnib hazırlanırdı (T.Hobbs, C.Lokk, Ş.L.Monteskö). H. anlayışının özünü müәyyәnlәşdirmәk cәhdlәri hәlә antik dövrdәn edilirdi. Platon H.-i başqasına tәsir etmәk, yaxud başqasının tәsiri altında olmaq bacarığı kimi nәzәrdәn keçirirdi. Aristotel H.-i istәnilәn mürәkkәb sistemin xassәsi, tәbiәtin ümumi qanunu kimi xarakterizә edirdi: “Bir neçә hissәdәn ibarәt olan hәr şey hakim elementә vә tabe elementә malikdir”. H.-in kauzal konsepsiyasının әsasını qoymuş T. Hobbs müasir anlamına yaxın olan H. anlayışını tәklif etmişdir. O, insan H.-ini sәbәbiyyәt әlaqәsinin növü, gәlcәk dә hansısa nemәti әldә etmәk üçün mövcud vasitәlәrdәn biri kimi müәyyәnlәşdirirdi. H.-in sәbәbdәn fәrqi fәaliyyәtin hәyata keçirilmә zamanı ilә bağlıdır: sәbәb artıq hәyata keçirilmiş fәaliyyәtә, keçmişә aiddir, H. isә gәlәcәkdә nәsә yaratmaq bacarığıdır. “H.” anlayışının daha müfәssәl tәhlilini vermiş M.Veber onu subyektin sosial münasibәtlәr daxilindә mümkün müqavimәtә baxmayaraq, öz iradәsini hәyata keçirmәk şansı (bu şansın nәyә әsaslanmasından asılı olmayaraq) kimi nәzәrdәn keçirirdi. Veberә görә: 1) H. ayrı-ayrı fәrdlәrin xüsusiyyәti olmayıb, onlar arasındakı münasibәtlәrdә mövcuddur; 2) o, ehtimallığı, mümkünlüyü ifadә edir; 3) onun әsasını istәnilәn şeylәr, xüsusiyyәtlәr, yaxud münasibәtlәr tәşkil edә bilәr; 4) H. hәmişә kimәsә qarşı yönәldilir, o, obyektin maraqlarına zidd münaqişә vә fәaliyyәti nәzәrdә tutur. H. haqqında geniş elmi müzakirәlәr vә anlayışın hәrtәrәfli işlәnmәsi 20 әsrin ortalarında – H.-in müxtәlif forma, sahә vә aspektlәri әn müxtәlif elmlәrdә empirik tәdqiqatın predmetinә çevrildiyi zaman başladı. Bu müddәt әrzindә onun izahında iki әnәnә tәşәkkül tapdı: T.Hobbs vә M.Veberdәn başlayan birinci (әsas) әnәnәdә (Q.D.Lassuell, P.M.Blau, R.Dal, T.Vartenberq, ingilis tәdqiqatçı S.Luks vә b.) H. insanlar arasında birinin öz maraqlarını digәri hesabına hәyata keçirmәk imkanına malik olduğu münaqişәli assimetrik münasibәtlәr kimi müәyyәnlәşdirilir. H. müәyyәn fәrdlәrin, sosial qrupların, tәşkilatların әlindә olur vә başqa insanlara münasibәtdә konkret fәaliyyәtdә üzә çıxır. Alternativ әnәnәdә (L.Altüsser, T.Parsons, Hanna Arendt, Y.Habermas, M.Fuko) H. ayrı-ayrı fәrdlәrә vә qruplara deyil, sosial icmalara vә bütünlükdә cәmiyyәtә mәxsus olan kollektiv resurs kimi nәzәrdәn keçirilir; vurğulanır ki, H. ümumi mәnfәәt naminә hәyata keçirilә vә obyektin maraqlarına qarşı yönәlmәyә bilәr. Parsons H.-dә obyektin bütün tabeçilik növlәrinin әhatә olunduğu ideyasını rәdd edir. O, H.-i ümumi dәyәrlәrә, insanların onların adından vә cәmiyyәtin xeyrinә qәrar qәbul etmәk hüququna malik olanlara könüllü tabeçiliyinә әsaslanan legitim, institusional formalarla mәhdudlaşdırır. Arendt H.-i zorakılığın antipodu kimi nәzәrdәn keçirir; H. münasibәtlәri öz aralarında kommunikasiya prosesindә olan bәrabәr subyektlәr arasında münasibәtlәr kimi yaranır vә onların birgә fәaliyyәtinin uzlaşmasını tәmin edir. H. birliyә mәxsus olduğuna görә, hәmin birlik öz bütövlüyünü qoruyub saxladığı zaman içrә mövcuddur. Fukoda H. bütün sosium mәkanına yayılmışdır; o, ictimai münasibәtlәri nizamlayan (tәnzimlәyәn), insanları H.-in әlatinә vә obyektinә çevirәn müәyyәn sosial strukturların, yaxud diskursların tәşkili zamanı yaranır. Ən yeni sosioloji vә siyasi nәzәriyyәlәrdә bu iki yanaşmanın sintezinә cәhdlәr edilir (E.Giddens, T.Boll, S.Kleqq, C.Skott vә b.), amma bir çox tәdqiqatçılar bunun mümkünlüyünә şübhә ilә yanaşır, H.-i “mahiyyәtcә mübahisәli anlayış” kimi nәzәrdәn keçirәrәk, onun interpretasiyasının müxtәlif dәyәrlәr sistemini әks etdirdiyini bildirirlәr.
    H.-in resursları. H. subyektin müxtәlif resurslara – әşyalara, hüquqlara, normalara, ideyalara sahib olması (sәrәncam vermәsi) nәticәsindә meydana gәlir; subyekt bu resurslar vasitәsilә öz iradәsini obyektә qәbul etdirә bilir. İ c b a r i resurslar (silah, fiziki güc, inzibati tәdbirlәr) obyektә birbaşa fiziki tәsir göstәrmәk, yaxud subyektin komandasına tabe olmadığı halda obyektә tәhdid yaratmaq üçün istifadә olunur. U t i l i t a r resurslar (pul, xidmәtlәr, daşınmaz әmlak, xidmәti vәzifәdә yüksәlmәk imkanı vә s.) tabeçiliyә görә kompensasiyanı tәmin edir, obyektin subyektә tabe olmamaq istәyini neytrallaşdırır. B i l i k (tәh sil, informasiya, intellekt) subyektә H.-i inandırma, manipulyasiya vә nüfuz formasında hәyata keçirmәyә imkan verir. N o r m a t i v resurslar (status, hüquqlar, sәlahiyyәtlәr, xidmәti imtiyazlar, әnәnәlәr) subyektin komandalarına mәcburi xarakter verir; obyekt aid olduğu cәmiyyәtdә, yaxud kollektivdә qәbul olunmuş davranış normalarına uyğun gәldiyinә görә subyektә tabe olur. H.resurslarının xüsusi qrupunu tәşkil edәn k o l l e k t i v resursları (qrupun sayı, hәmrәyliyi, tәşkilatçılığı, qrupun müәyyәn peşә vә xüsusi biliyә yiyәlәnmә inhisarına malik olması) yalnız insanlar qrupuna mәxsus ola bilәr. Subyektin malik olduğu bütün resursların bir qismi H. resursları deyil. Bәzi insanlara münasibәtlәrdә çox effektli olan vasitәlәr digәrlәrinә әhәmiyyәtli tәsir göstәrmir. Mәs., pul ona ehtiyacı olmayan insanlara tәsir göstәrә bilmir; silah öz hәyatını qiymәtlәndirmәyәni tabe etmәk gücündә deyil; sәlahiyyәtlәr hüquqi normalara riayәt etmәyәnlәr tәrәfindәn çox zaman qәbul edilmir; fanatik üzәrindә H.-i hәyata keçirmәk üçün qanunlar, sәrvәt vә digәr mәcburiyyәt alәtlәri gücsüz qalır. Bununla yanaşı, resurslar yalnız müәyyәn şәrtlәr daxilindә obyektә tәsir göstәrir: insan tәhlükәsiz yerdәdirsә, o, H. vasitәsi ola bilmәz; torpaq vә digәr tәbii resurslar vә sәrvәtlәr yalnız hamının onları әldә edә bilmәdiyi halda tabeçilik potensialına malik olur. Subyektin malik olduğu resursları cәmlәmәk vә effektli istifadә etmәk bacarığı H. münasibәtlәrinin yaranmasında vacib şәrtdir. Ona görә dә böyük H. potensialına malik olmaq heç dә hәmişә zәruri nәticә vermir. Bir çox hallarda kiçik, lakin yaxşı tәşkil olunmuş qruplar resursları çәtin tәşkil edilәn böyük kollektivlәrlә müqayisәdә daha mәhsuldar olurlar: mafiya, terror tәşkilatları, dini sektalar çox zaman böyük insan qruplarına öz iradәlәrini qәbul etdirirlәr. Lakin resursların tam tәşkil edilmәsi H. mü nasibәtlәrinin yaranmasına, yәni obyektin şüurunun subyektә lazım olan istiqa mәtdә dәyişmәsinә tәminat vermir, çünki H. yalnız subyektdәn deyil, hәm dә obyektdәn, onun müqavimәt resurslarından asılıdır.
    H.-in formaları. Subyektin obyekti tabe etmә bacarığı müxtәlif formalar – güc, mәcburiyyәt, hәvәslәndirmә, inandırma, manipulyasiya, nüfuz şәklindә olur. G ü c formasında H. obyektin bәdәninә, yaxud psixikasına subyektin mәqsәdyönlü (silah, fiziki qüvvә, psixotrop maddәlәr vә s. vasitәsilә) tәsir göstәrmәk, yaxud onun fәaliyyәtini mәhdudlaşdırmaq (hәbs etmәk) bacarığını bildirir. M ә c b u r i y y ә t tabe olmaqdan boyun qaçırdığı tәqdirdә obyektә müәyyәn neqativ sanksiyalar (ölüm, hәbs, hüquqlardan mәhrumetmә, vәzifәnin aşağı salınması ilә bağlı tәhdidlәr) tәtbiq etmәklә hәdәlәmәyә әsaslanır. H ә v ә s l ә n d i r m ә subyektin obyekti maraqlı olduğu dәyәrlәr vә xidmәtlәrlә (karyera yüksәlişi, әmәk haqqının artımı, mәşhurluq qazanmaq) tәmin edә bilmә bacarığıdır. İ n a n d ı r m a subyektin obyekti tabe etmәk üçün istifadә edә bilәcәyi arqumentlәr sisteminә әsaslanır. M a n i p u l y a s i y a obyektә gizli tәsirdәn ibarәtdir; o, subyektin ya kommunikasiya prosesindә üstüörtülü tәklif etmәsi (adәtәn seçmә informasiya ötürmәsi), ya da obyektin әhatәsinә tәsir göstәrmәsi (xidmәti tәlimatlarda, әmәk haqqı hesablanması sistemindә aparılan düzәlişlәrin, qiymәtdә edilәn dәyişikliklәrin kömәyi ilә davranışı manipulyasiya etmә) yolu ilә gerçәklәşdirilir. N ü f u z formasında H.-in mәnbәyi kimi subyektin müәyyәn xarakteristikası – şәxsi keyfiyyәtlәri (bilik, peşәkarlıq, әxlaqi prinsiplәr), hüquqi statusu (vәzifәsi, hüquqları, imtiyazları), hәmçinin subyektә qeyri-formal hüquq verәn әnәnәlәr (ailәdә münasibәtlәr) çıxış edir. H. hәmçinin subyektin vә obyektin spesifikasına (fәrdi vә kollektiv H., dövlәt vә qeyridövlәt H.-i), aşkarlanma sahәlәrinә (iqtisadi, siyasi, ideoloji H., ailәdә, tәşkilatlarda vә s. sahәlәrdә H.), obyekt üzәrindә hökmranlıq etmәk üçün subyektin formal (hüquqi) sәlahiyyәtlәrinin olması, yaxud olmamasına (formal vә qeyri-formal H.), obyekt tәrәfindәn subyektin H.-inin tanınması, yaxud tanınmamasına (legitim vә qeyrilegitim H.) görә dә fәrqlәndirilir.
    Siyasi H. Siyasәt sahәsindә H. tәdiqatçıların xüsusi diqqәt predmetidir, çünki onun nәticәlәri vә doğurduğu hadisәlәr böyük insan qruplarının hәyat fәaliyyәtinә, cәmiyyәtin tәşkilinin әsas prinsiplәrinin işlәnib hazırlanmasına, inkişaf yollarının seçilmәsinә tәsir göstәrir. Siyasi H. cәmiyyәti idarә etmәli, insanların birgә fәaliyyәtini әlaqәlәndirmәli olan xüsusi institutların yaranması ilә birlikdә meydana gәlir. Erkәn (dövlәtәqәdәrki) cәmiyyәtlәrdә sosial idarә etmәnin әhәmiyyәtli hissәsi ailә-tayfa kollektivlәrinin özlәri tәrәfindәn hәyata keçirilirdi. O zaman tabe edәnlәrlә tabe olanlar arasında hәlә dәqiq bölgü baş vermәmişdi; ağsaqallar vә başçılar sıravi icma üzvlәrinin rәhbәri yox, әsasәn ictimai vәzifәlәri hәyata keçirәn şәxslәr idi. Dövlәtә qәdәrki H. institutlarından fәrqli olaraq, dövlәt H. subyekti kimi cәmiyyәti idarә etmәk, nemәtlәri bölüşdürmәk hüququna, hәmçinin müvafiq resurslara malik olan, cәmiyyәtdәn ayrılmış tәşkilatdır. Dövlәt H.-inin subyektlәri dövlәt orqanlarıdır (hökumәt, parlament, mәhkәmәlәr, güc strukturları, regional vә yerli H. orqanları vә onları tәmsil edәn, leqal sәlahiyyәtlәrә malik dövlәt qulluqçuları). Dövlәt H.-inin cәmiyyәtdәki müstәsna rolu onun bütün ölkә әrazisinә şamil edilmәsi, zәrurәt yarandığı zaman güc vә mәcburetmә formasında leqal әsasla hәyata keçirilmәsi, dövlәt orqanları tәrәfindәn qәbul edilmiş qәrarların isә bütün vәtәndaşlar üçün icbari olması vә qeyri-dövlәt tәşkilatları tәrәfindәn lәğv edilә bilmәmәsi ilә şәrtlәnir. Buna görә, dövlәt H.-i cәmiyyәtdә nizamı vә sabitliyi, insanlar arasında vә әrazilәrdә xeyli fәrqlәr olmasına baxmayaraq, cәmiyyәtin bütövlüyünü tәmin edir. Dövlәt H.-i dövlәt qәrarlarının qәbulu vә icrası prosesindә qanunlar, fәrmanlar, sәrәncamlar, direktivlәr vә s. şәklindә hәyata keçirilir. Dövlәt strukturlarının icra etdiklәri funksiyalara müvafiq olaraq, dövlәt H.-nin qanunverici, icraedici vә mәhkәmә formaları var; qәrarların qәbul edilmә sәviyyәsindәn asılı olaraq, dövlәt H.-i mәrkәzi, regional vә yerli ola bilәr. Dövlәtin, onun strukturları vә funksionerlәrinin bütün qәrar vә hәrәkәtlәri deyil, yalnız böyük insan qruplarının maraqlarına toxunan vә müxtәlif siyasi qüvvәlәr arasında açıq, yaxud gizli münaqişәlәr doğuran mühüm siyasi problemlәrә aid fәaliyyәt siyasi H.-in hәyata keçirilmәsi demәkdir; dövlәt aparatının gündәlik inzibati fәaliyyәti siyasi H.-ә aid deyil. Dövlәt qәrarlarının icraçıları deyil, onların tәşәbbüskarları vә dövlәt strukturlarından keçmәsini tәmin edәnlәr vә bununla da öz siyasi iradәsini reallaşdıranlar siyasi H.-ә malikdirlәr. Bu sәbәbdәn siyasi H. yalnız dövlәt H.-indәn ibarәt deyil. Dövlәt siyasәtinә, mühüm dövlәt qәrarlarının qәbuluna, yaxud qarşısının alınmasına әlindә olan H. resursları hesabına tәsir göstәrә bilәn digәr siyasi tәşkilatlar vә qruplar (siyasi partiyalar, biznes tәşkilatları, hәmkarlar ittifaqları, dini icmalar, vәtәndaş cәmiyyәti tәşkilatları vә s.) siyasi H.-in subyekti ola bilәr. 20 әsrin 2-ci yarısından H. sәlahiyyәtlәri bir çox ölkәlәrin әrazisinә şamil edilәn dövlәtdәn üstün beynәlxalq siyasi H. strukturları (BMT, Avroparlament, Avropa İttifaqı Komissiyası, Avropa mәhkәmәsi, vә s.) meydana gәlmәyә başladı. Dövlәt sәlahiyyәtlәri olan vә olmayan siyasi H. subyektlәri öz H.-lәrini dövlәt-hüquq mәkanında olmaqla yalnız kütlәvi vә açıq şәkildә deyil, çox zaman ictimaiyyәtdәn gizlәdilәn qeyri-formal әlaqәlәr vә münasibәtlәr әsasında da hәyata keçirә bilәrlәr. Bu zaman siyasi H. qәrarların qәbulu sferası ilә mәhdudlaşmır, iradәni qәbuletdirmәnin digәr formalarını, o cümlәdәn subyektin dәyәr vә ideallarının tәbliği, manipulyasiyası, inandırma mexanizmlәri vasitәsilә siyasi şüurun formalaşdırılmasını da әhatә edir. 20 әsrin ortalarından insan şüuruna tәsirin texniki imkanları (yeni psixotex nologiyalar, informasiya strukturunun dәyişmәsi vә s.) tәkmillәşdikcә, hәmçinin demokratik institutların inkişafı, dövlәt qәrarları qәbulunun ictimai rәydәn asılılığının artması ilә әlaqәdar siyasi H.-in bu forması daha çox istifadә edilir. Digәr әhәmiyyәtli sosial dәyәrlәr (maddirifah, prestij, imtiyazlar vә s.) kimi siyasi H. dә sosial qruplar arasında qeyri-bәrabәr bölünür. Eyni zamanda, siyasi H.-in mәnbәlәri, bölüşdürülmәsinin xarakteri vә xüsusiyyәtlәri müxtәlif tarixi dövrlәrdә xeyli fәrqli olmuşdur. Bәşәr sivilizasiyasının erkәn inkişaf mәrhәlәlәrindә mühüm rol oynayan fiziki (hәrbi) üstünlük tәdricәn kiçik insan qrupunun (zadәganlar) zümrә imtiyazlarına transformasiya olunmuş, onların da maraqlarını dövlәt tәmsil etmişdir. Yeni dövrdә siyasi H.-in iqtisadi әsasları üstünlük qazanmağa başlayır, siyasi qәrarların qәbuluna daha güclü tәsiri isә iri sәnayeçilәr, maliyyәçilәr, daşınmaz әmlak sahiblәri göstәrirlәr. 20 әsrin 2-ci yarısından siyasi H.-in resursu kimi informasiya vә biliyin әhәmiyyәti artır, bu, cәmiyyәtin intellektual elitasının siyasi tәsir imkanlarını genişlәndirir. Müasir demokratik cәmiyyәtlәrdә siyasәt dә iştirak üçün bәrabәr siyasi hüquqlar vә formal imkanlar nәzәrdә tutulsa da, vәtәndaşların әsas kütlәsi siyasi qәrarların qәbulu prosesinә yalnız bilvasitә (dolayı) tәsir göstәrir vә burada әsas rol yenә dә nisbәtәn az saylı insan qrupuna mәxsus olur. Liberal demokratiya şәraitindә siyasi H.-i hansısa bir qrupun inhisara alıb-almaması hәlә dә mübahisәlidir. Marksist tәmayüllü tәdqiqatçılar (A.Qramşi, ingilis tәdqiqatçısı R.Milibend, N.Pulanzas) hesab edirlәr ki, burjuaziyanın böyük iqtisadi resurslara malik olması, kütlәvi şüurda vә cәmiyyәtin institusional quruluşunda burjua dәyәrlәri vә normalarının dominantlıq etmәsi nәticәsindә demokatik prosedurlar siyasi H.-in burjuaziya әlindә cәmlәnmәsinә maneә yaratmır. Elita nәzәriyyәçilәri müasir tipli cәmiyyәtin idarәetmә sistemindә tәbii iyerarxiyanın mövcudluğu, vәtәndaşların әsas kütlәsinin passivliyi, elәcә dә әn mühüm siyasi resursların nisbәtәn kiçik, kifayәt qәdәr qapalı vә hәlledici siyasi qәrarların qәbuluna nәzarәti hәyata keçirәn, xalqdan asılı olmayan siyasi elitanın әlindә cәmlәnmәsi sәbәbindәn H.-in inhisarlaşmaqdan qaçmaq imkanını şübhә altına alırlar (bax Elita nәzәriyyәlәri). Plüralist H. kon sepsiyasının tәrәfdarları (ABŞ tәdqiqatçıları A.Bentli, D.Truman, R.Dal, R.Ueyst; ingilis tәdqiqatçıları Q.Maklennan vә b.) demokratik cәmiyyәtdә vahid hakim elitanın, yaxud hakim sinfin mövcudluğu haqqında tezisi rәdd edirlәr. Onlar iddia edirlәr ki, müәyyәn resursların (pul, ictimai mövqe) olmamasını digәrlәrinin (say, tәşkilatçılıq, bilik) effektli istifadәsi ilә kompensasiya etmәk mümkündür. Ona görә dә siyasi qәrarların qәbulu müstәvisindә daimi qalib vә mәğlub tәrәflәr yoxdur, bir çox qrupların isә eşidilmә şansları var. Hәmin tәdqiqatçılar iri biznesin dövlәt siyasәtinә böyük tәsirini rәdd etmir, lakin hesab edirlәr ki, digәr ictimai qrup vә tәşkilatlar da siyasi qәrarları uğurla irәli sürә, yaxud әngәllәyә bilәrlәr.
    H.-in rolu vә әhәmiyyәti. “H.” cәmiyyәt şünaslıqda vә politologiyada әsas anlayışlardan biridir. İstәnilәn tәşkilatda idarәçilik münasibәtlәrini nizamlamaq vә tәşkilat üzvlәrinin birgә fәaliyyәtini optimallaşdırmaq üçün H. münasibәtlәrinin formal iyerarxiyası formalaşdırırlır (bax Bürokratiya). H. istәnilәn insan kollektivinin sabitliyini, bütövlüyünü vә idarәçiliyә yararlılığını tәmin edir; H. vektoru insan vә cәmiyyәtin hәyatındakı әhәmiyyәtli dәyişikliklәrin istiqamәtini müәyyәnlәşdirir. H. siyasi proqramların vә sosial inkişaf layihәlәrinin reallaşdırılması üçün zәruridir; bir çox insanlar hәyat planlarının reallaşmasını, karyerasını, maddi rifahın әldә olunmasını, imkanlarının artmasını vә s. onunla әlaqәlәndirirlәr; bәzi insanlar üçün H. öz-özlüyündә bir dәyәrdir. Bu sәbәbdәn istәr vәzifәsi sosiumun idarә olunmasını hәyata keçirmәk, ictimai rifahın maksimuma çatdırılmasını tәmin etmәk olan siyasәtçi, istәrsә dә şәxsi, qrup, yaxud ictimai maraqları tәmin etmәk mәqsәdilә insanları tabe etmәkdә maraqlı olan istәnilәn subyekt üçün H.-in әldә olunmasına, möhkәmlәndirilmәsinә vә әhatә dairәsinin genişlәndirilmәsinә canatma tamamilә tәbiidir. Mühüm ictimai problemlәrin hәlli üçün resursların cәmlәndirilmәsi vasitәsi olan H. bir sosial qrupun digәrlәri üzәrindә hökmranlığını bәrqәrar etmәk alәti kimi dә istifadә oluna bilәr. Bu zaman o, sosial bәrabәrsizliyi möhkәmlәndirir vә insanları әdalәtsiz dövlәt quruluşu, diskriminasiya vә istismarla barışmağı mәcbur edir. H. uğrunda mübarizә isә çox vaxt sui-istifadә halları (H.-dәn subyekt üçün ayrılmış sәlahiyyәtlәr xaricindә istifadә edilmәsi), aldatma, riyakarlıq, korrupsiya vә qanla müşaiyәt olunur. Ona görә dә H. ictimai şüurda yalnız sosium hәyatındakı mühüm hadisәlәrlә deyil, zorakılıq, istismar vә azadlığın mәhdudlaşdırılması ilә dә assossiasiya olunur vә bu da H. üzәrindә nәzarәt mexanizmlәrinә tәlәbatı aktuallaşdırır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU