HAKİMİYYƏT NÜMAYƏNDƏSİ – qanun vericilikdә vә hüquq elmindә ümumi hakimiyyәti hәyata keçirәn vәzifәli şәxslәri ehtiva edәn ümumilәşdirici anlayış. Ümumi hakimiyyәt dövlәtin müxtәlif orqanları vә vәzifәli şәxslәri tәrәfindәn dövlәt hakimiyyәti kimi, muxtar әrazi qurumlarının, bәlәdiyyә orqanlarının vәzifәli şәxslәri tәrәfindәn isә onların ümumi hakimiyyәti (dövlәt konstitusiyasının verdiyi sәlahiyyәtlәr çәrçivәsindә) kimi reallaşdırılsa da, bütövlükdә o, xalqın ümumi hakimiyyәtinin vahid sistemidir. H.n.-ә bütövlükdә dövlәtdә vә onun ümumi-hüquqi qurumların da xalqın ümumi mәnafeyi naminә fәaliyyәt göstәrmәk üçün xüsusi sәlahiyyәtlәr verilir. H.n. vәtәndaşlara, idarә vә tәşkilatlara icrası mәcburi olan göstәrişlәr verә bilәr. Belә sәlahiyyәt, mәs., polis orqanları, dövlәt sanitariya müfәttişliyi, vergi müfәttişliyi, dövlәt yanğın nәzarәti orqanları işçilәrinә verilmişdir. H.n. müәyyәn hallarda mәcburiyyәt tәdbirlәri tәtbiq edә bilәr. H.n. qanunlara ciddi riayәt etmәklә öz sәlahiyyәtlәri çәrçivәsindә hәrәkәt etmәlidir. Dövlәt başçısı dövlәt hakimiyyәtinin universal nümayәndәsidır. O, dövlәti ölkә daxilindә vә beynәlxalq münasibәtlәrdә tәmsil edir. Azәrb. Resp.-nın qanunvericiliyin dә H.n.-nә qarşı müqavimәt göstәrmә vә ya zor tәtbiqetmә idarәetmә qaydası әleyhinә olan cinayәt növlәrindәn biri hesab edilir (Azәrb. Resp.-nın CM, maddә 315).










