HAKSLİ (Huxleu) Andru Fildinq (22.11.1917, London – 30.5.2012, Kembric) – ingilis fizioloqu vә biofiziki. London Kral Cәmiyyәtinin üzvü (1955). Nobel mükafatı laureatı (1963, A.L.Hockin vә C.K.Ekls ilә birgә). Kembric Un-tini bitirmişdir (1938). 1941–60 illәrdә Kembricdә Triniti–Kollecdә müәllim, 1952–60 illәrdә dekan işlәmiş, 1960 ildәn Londonda un-t kollecinin fiziologiya şöbәsinin prof.-u olmuşdur. Əzәlә yığılması nәzәriyyәsini yaratmış (1957), miofibrillәrin zәrif strukturunu tәsvir etmiş vә müәyyәn etmişdir ki, yığılma zamanı miofibrillәri әmәlә gәtirәn aktin vә miozin tellәrinin sürüşmәsi vә yaxınlaşması baş verir. Sinir liflәri sinapslarını vә sinir impulslarının verilmәsi zamanı fizikikimyәvi dәyişikliklәri, sinir sistemindә oyanma vә tormozlanmanın ion mexanizmini tәdqiq etmişdir.
Ə s ә r i: Muscle structure and theories of contraction, “Proqress in Biophysics and Biophysical Chemistry”, 1957, v. 7, p. 255–318.











