HAKSLİ (Huxley) Tomas Henri (4.5. 1825, Midlseks qraflığının İlinq ş.-29.6. 1895, Susseks qraflığının İstborn k.) – ingilis tәbiәtşünası, elm tәşkilatçısı vә populyarizatoru. London Kral Cәmiyyәtinin üzvü (1851 ildәn, 1883–85 illәrdә prezident). London Un-tini bitirmişdir (1845). 1846–50 illәrdә H. hәrbi dәniz hәkimi olmuş, Avstraliya vә Yeni Qvineya sahillәrinә üzәn “Rattlsneyk” gәmisindә ekspedisiyada iştirak etmişdir. Kral mәdәn mәktәbinin (1854–85), Kral tibb mәktәbinin (1863–69), Edinburq Un-tinin prof.-u (1875–79), Britaniya elmi Assosiasiyasının prezidenti (1870), B. Britaniyanın bir çox un-tlәrinin fәxri lordrektoru olmuşdur. Əsas tәdqiqatları zoologiya, müqayisәli anatomiya, paleontologiya, antropologiya vә tәkamül nәzәriyyәsi sahәsindәdir. Hәmçinin geologiya mәsәlәlәrini tәdqiq etmişdir. Meduzaların vә poliplәrin oxşarlığını, bütün çox hüceyrәli heyvanlarda rüşeym vәrәqәlәrinin (ektoderma vә entoderma) olduğunu aşkara çıxarmışdır (1849); onurğalılarda kәllәnin mәnşәcә vәhdәtini (1858), hәmçinin quşların reptililәrdәn әmәlә gәlmәsini, Devon dövrü molyuskları, assidilәri vә balıqları, labirintodontlar, dinozavrlar. arxeopteriks, anxiterilәr vә b. müasir vә qazıntı heyvanların sistematikasına çox mühüm töhfә vermişdir. H. Yerin mәnşәyinin geoloji cәhәtdәn eynivaxtlı olması konsepsiyası әvәzinә müxtәlif yerlәrdә fauna vә flora ilә oxşar olan biotopun eyni hissәlәrinin (fassiyaların) disinxron әmәlә gәlmәsinә dair hemotaksis ideyasını iнkişaf etdirmişdir. 1859 ildәn darvinizmin fәal tәbliğatçısı olmuş, avtogenezi vә lamarkizmi tәnqid etmişdir. Eyni zamanda H. heyvanların iri taksonlarının saltasiyasının (spontan әmәlәgәlmә) böyük rolunu tәsdiqlәmiş, onların daxilindә olan tәrәqqini inkar etmiş, tәkamülçülüyü uniformizmin vә katastrofizmin sintezi kimi şәrh etmişdir. 1863 ildә H. ilk dәfә insanın heyvandan әmәlә gәlmәsinә dair hipotezi elmi surәtdә әsaslandırmış, paleontoloji, müqayisәli-anatomik vә embrioloji mәlumatlara әsasәn insanın ibtidai meymunlara nisbәtәn qorilla vә şimpanze ilә böyük yaxınlığını göstәrmiş, Afrikanı bәşәriyyәtin beşiyi hesab etmişdir. H. bәşәriyyәt tarixindә etika vә intellektin aparıcı rolunu sübut etmәklә sosial darvinizmә qarşı çıxmış, bioetikanın әsasını qoymuşdur (1893). 1869 ildә mövhumatla ateizm arasındakı mübahisәdә neytral mövqeni sәciyyәlәndirmәk üçün “aqnostisizm” terminini tәklif etmişdir. Zoologiya, botanika, anatomiya, fiziologiya kimi bir sıra dәrsliklәrin müәllifidir. Tәhsilin liberallaşmasına, tәbiәt elmi üzrә fәnlәrin mәktәb proqramına daxil edilmәsinә vә tәlәbәlәrin elmi tәdqiqat vәrdişlәrinә yiyәlәnmәsinә nail olmuşdur. Haksli sülalәsinin banisidir. Onun nәslindә alimlәr vә yazıçılar (tәkamülçü C. Haksli, yazıçı O.Haksli, fizioloq A. Haksli vә b.) olmuşdur.










