HAQQ NƏZƏR (? – 1580) – qazax xanı [1538 ildәn]. Qasım xanın oğlu. Noqay Ordasında baş verәn daxili çәkişmәlәrdәn istifadә edәrәk, qazax nәsillәrinin bir qismini özünә tabe etmişdi. Böyük Moğollarla mübarizәyә başlamışdı. 1550-ci illәrin sonlarında Sırdәrya üzәrindәki ticarәt-sәnәtkarlıq mәrkәzlәrini vә Daşkәndi әlә keçirmәyә cәhd göstәrmişdir.










