HAQQIXLI – Yelizavetpol (Gәncә) qub.-nın Qazax qәzasında (9.9.1930 ildәn İcevan r-nu), Ağstafa çayının kәnarında azәrb.-ların yaşadığı kәnd. Kәndin әrazisindә Pir, Qız qalası, Kilsә vә s. qәdim tikili, abidә vә ziyarәtgahlar var idi. 1905 ilin noyabrında ermәni daşnakları H. k.-ni talan etmiş, әhali Qaraqoyunlu dәrәsinә sığınmışdır. 1906 ilin yazında geri dönmüş haqqıxlılar kәndi yenidәn bәrpa etmişlәr. 1919 ilin martında ermәni silahlıları kәndә hücum edәrәk 70 nәfәri Danaqıran adlı qışlaqda tövlәdә yandırmışlar. Sağ qalanlar isә qaçaraq Qara qoyunlu dәrәsinin vә Azәrb.-ın müxtәlif r-nlarının (әsasәn, Şәki r-nunun) kәndlәrinә sığınmışlar. Bu hadisәlәr yaddaşlarda “Dana qıran soyqırımı” kimi qalmışdır. 1921 ilin payızında әhali geri dönәrәk kәndi ikinci dәfә bәrpa etmişdir. 1988 il noyabrın 28-dә milis işçilәri azәrb.-lıları yenidәn zorla kәnddәn çıxarmışlar. Əhalinin bir hissәsi Qazax r-nunun Sofulu k.-nә sığınmışdır. 25.1.1978 ildә kәndin adı dәyişdirilәrәk Sәmәd Vurğun, 19.4.1991 ildә isә Hovk qoyulmuşdur.










