HAQNƏZƏR – Azәrb. Resp. Laçın r-nunun Tәzәkәnd ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 25 km şm.-da, Qarabağ silsilәsinin c.-q. yamacındadır. Əh. 272 (2020); işğaldan (1992, may) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olmuşdur. Sәkkizillik mәktәb, klub, kitabxana var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 1 dekabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










