HAQNƏZƏR – Tiflis qub. Borçalı qәzasının Loru nahiyәsindә (9.9.1930 ildәn Allahverdi, 19.9.1969 ildәn Tumanyan r-nu) azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә әhalisi sıxışdırılaraq çıxarılmış vә burada İrandan vә Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. Sonralar kәndin adı dәyişdirilәrәk Haqnidzor qoyulmuşdur.










