Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAQVERDİYEV
    HAQVERDİYEV Əbdürrәhim bәy Əsәdbәy oğlu (17.5.1870, Şuşa – 11.12.1933, Bakı) – Azәrb. yazıçısı, dramaturq, ictimai xadim. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1928). M.F.Axundzadәnin realist әnәnәlәrini davam vә inkişaf etdirmişdir. İlk tәhsilini Şuşa (1890) vә Tiflis (1891) realni mәktәblәrindә almışdır. 1891 ildә Peterburq Yol Mühәndislәri İntuna daxil olmuş, eyni zamanda azad müdavim kimi, Peterburq Un-tinin Şәrq fakültәsindә oxumuşdur. Peterburqun mühiti H.-dә drama turgiyaya maraq vә hәvәs oyatmışdır. Tәlәbәlik illәrindә “Yeyәsәn qaz әtini, görәsәn lәzzәtini” (1892) adlı ilk orjinal komediyasını vә mәhşur “Dağılan tifaq” (1896) faciәsini yazmışdır. 1899 ildә tәhsilini bitirib Şuşaya qayıtmış, 1901 ildә isә Bakıya köçmüşdür. 1906 ildә Yelizavetpol qub.-ndan Dövlәt dumasına üzv seçilmişdir. Duma buraxıldıqdan sonra, bir müddәt Peterburqda qalıb kitabxanalarda arxiv materialları vә tarixi sәnәdlәrlә tanış olmuş, sonradan İrana sәyahәt etmiş vә “Ağa Mәhәmmәd şah Qacar” tarixi dramını yazmaq üçün әlavә mәlumatlar toplamışdır. O, “Ağa Mәhәmmәd şah Qacar” faciәsindә (1907) ölkәsinin mәnafeyi uğrunda mübarizә aparan hökmdarın ziddiyyәtli obrazını yaratmışdır. H. teatrlarda rejissorluq etmiş, Ü. Hacıbәylinin “Leyli vә Mәcnun” operasının ilk tamaşasının dirijoru olmuşdur. C.Mәmmәdquluzadәnin tәşәbbüsü ilә nәşrә başlayan “Molla Nәsrәddin” (1906) jurnalının ilk fәal әmәkdaşlarından biri olmuş, burada “Xortdan”, “Ceyranәli”, “Hәkimi-nuni-sәğir”, “Lağlağı”, “Mozalan”, “Süpürgәsaqqal” imzaları ilә hekayә vә felyetonlar dәrc etdirmişdir. Onun “Marallarım” adlı silsilә hekayәlәri, “Xortdanın cәhәnnәm mәktubları” povesti vә s. әsәrlәri ilk dәfә “Molla Nәısrәddin”dә dәrc olunmuşdur. Yaradıcılığının ilk dövründә (1892–1905) yazılmış “Dağılan tifaq” (1896), “Bәxtsiz cavan” (1900), “Pәri cadu” (1901) pyeslәri ilә istedadlı dramaturq kimi tanınmışdır. Yazıçı bu әsәrlәrdә yeniliklә köhnәliyin mübarizәsini, mәnәvi-әxlaqi problemlәri әks etdirmiş, yeniliyi tәmsil edәn maarifçi gәnclәrin, xalq içәrisindәn çıxmış yoxsul, sadә adamların surәtlәrini yaratmış, ictimai hәyatın mәnzәrәsini canlandırmışdır. H. әdәbi fәaliyyәtinin ikinci dövründә (1905–20) “Bomba”, “Mütrüb dәftәri”, “Uca dağ başında”, “Acından tәbib”, “Diş ağrısı”, “Qiraәt”, “Pir”, “Şeyx Şәban” kimi klassik hekayәlәr yaratmışdır. Tәnqidi realizm üslubunda yazılmış bu hekayәlәrdә, satira vә eyni zamanda incә, kәdәrli yumordan geniş istifadә etmәklә yaşadığı mühitin mәnfi cәhәtlәrini, geriliyi pislәmiş, maarifә, mәdәniyyәtә cağırmışdır. H.-in mәzmunca zәngin, forma vә bәdii sәnәtkarlıq cәhәtdәn kamil hekayәlәri Azәrb. nәsrinin inkişafına güclü tәsir göstәrmişdir. H. yaradıcılığının üçüncü dövründә (1920–33) ölkәdә baş verәn sosial-siyasi hadisәlәrin tәsiri altında yeni hәyatdan bәhs edәn “Ağac kölgәsindә” (1921), “Köhnә dudman” (1927), “Qadınlar bayramı” (1928), “Yoldaş Koroğlu” (1932) vә “Çox gözәl” (1932) pyeslәrini yazmışdır. H.-in drama turgiyasındakı demokratizm, maarifçilik, xalq azadlığı ideyaları Azәrb. teatrının inkişafında әhәmiyyәtli rol oynamışdır. “Odabaşının hekayәsi”, “Mirzә Sәfәr”, “Söhbәt”, “Kapitalizmlә mübarizә”, “Qәndil”, “Keçmiş günlәr” vә s. hekayәlәrindә dövrün yeni hәyat uğrunda gedәn mübarizәsindәn bәhs edilir. “Azәrbaycanda teatr”, “Xalq aşıqları”, “M.F.Axundovun hәyatı vә fәaliyyәti”, “Əski vә yeni әdәbiyyatın nümunәlәri”, “Ədәbi dilimiz” vә s. elmi-publisistik mәqalәlәri ilә tәdqiqatçı-alim kimi dә tanınmışdır. Mәdәni quruculuqda fәal iştirak etmiş H. dövlәt teatrları müfәttişi, incәsәnәt şöbәsinin müdiri vәzifәlәrindә çalışmış, Azәrb. Dövlәt Un-tindә mühazirә oxumuş, Şәrq fakültәsinin katibi (1922–25) işlәmişdir. H. Azәrbaycanı TәdqiqTәtәbbö Cәmiyyәtinin tәsisçilәrindәn biri, onun sәdr müavini vә sәdri (1923–25) olmuşdur. M.Qorki, A.P.Çexov, V.Q.Korolenko, U.Şekspir, F. Şiller, F.Volter, E.Zolya vә b.-nın bәzi әsәrlәrini tәrcümә etmişdir. Ədәbi-ictimai fәaliyyәtinin 35 illiyi (1927) anadan olmasının 100 illiyi qeyd edilmişdir. Adına küçә, mәktәb vә s. var. Ağdam Dövlәt Dram Teatrı H.-in adınadır.
    Ə s ә r l ә r i: Qoca tarzәn. Hekayәlәr. 1980; Seçilmiş әsәrlәri. 2 cilddә. B., 2005.
    Əd.: M i r C ә l a l, H ü s e y n o v F.C. XX әsr Azәrbaycan әdәbiyyatı. B., 1982.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU