HAQVERDİYEVA Sofiya Hәsәn qızı (1.8.1930, Bakı – 27.8.2014, Bakı) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1985). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1954). Əmәk fәaliyyәtinә müәllim kimi başlamış (1954–56), ADU-da baş laborant (1956–57), Azәrb. EA-nın İqtisadiyyat İn-tunda müxtәlif vәzifәlәrdә çalışmışdır (1958–2011). Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.










