HAL – 1) әşyanın digәr әşya, әlamәt, yaxud proseslәrә münasibәtini ifadә edәn, müәyyәn ismin (adın) cümlәnin digәr üzvlәrinә münasibәtini bildirәn qrammatik ad kateqoriyası. 2) Müxtәlif dillәrin H. sistemini tәşkil edәn kateqoriya formalarından biri. Ayrı-ayrı dillәrdә H.-ın sayı müxtәlifdir; Azәrb. vә rus dillәrindә 6, әrәb dilindә 3, alman dilindә 4, ingilis dilindә 2, Tabasaran dilindә 46 H. var.
Əd.: Müasir Azәrbaycan dili. 3 cilddә. C.-2. B., 1980.










