HAL – Azәrb. Resp. Qubadlı r-nunda kәnd. Hal ә.d.-nin (Hal, Ballıqaya, Qәzyan, Mәmәr, Mollalı k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 11 km c.-ş.-dә, Bazar çayın sahilindәdir. Əh. 629 (2020); işğaldan (1993, avqust) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Orta mәktәb, mәdәniyyәt evi, kitabxana, kinoqurğu, tibb mәntәqәsi, doğum evi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 9 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










