HALAL (әr.
– icazә verilmiş) – 1) islamda vacib, müstәhәb (bәyәnilәn, xoşa gәlәn) vә mübah (iznverilәn, yolverilәn) kateqoriyalarına daxil olan şeylәr vә hәrәkәtlәr. H. termininin әksi haramdır. H. haqqında mәsәlәlәr fiqhin әhkam bölmәsindә şәrh olunur. Şәriәtin qanun-qaydalarına uyğun әmәllәr H. hesab edilir. 2) Nikaha daxil olmasına heç bir qadağa olmayan kişi, yaxud qadın. 3) Hәcc ziyarәtini tamamlamış vә ehram vәziyyәtindәn çıxmış insanın vәziyyәti.










