HALL, B a d - H a l l (Bad Hall) – Avstriyada (Yuxarı Avstriya federal әrazisindә) balneoloji kurort. Şәrqi Alp d-rında 380 m-ә qәdәr hünd.-dә, Lins şәhәrindәn 30 km c.-q.-dә yerlәşir. İqlimi yumşaqdır. Yayı isti, günәşlidir; orta temp-r iyulda tәqr. 15°Cdir. Qışı yumşaq, qarlıdır; yanvar ayının orta temp.-ru – 4°C-yә qәdәrdir. Yağıntının miqdarı ildә tәqr. 600 mm-dir. Kurort vasitәlәrinin әsasını ürәk-damar sisteminin, tәnәffüs orqanlarının, dayaq-hәrәkәt apratının xәstәliklәri zamanı, ginekoloji vә göz xәstәliklәrindә vanna, çimmәk, içmәklә müalicә üçün istifadә olunan Mәrkәzi Avropada әn böyük yodlu-bromlu su mәnbәlәri tәşkil edir. Sanatoriyaları, kurort poliklinikası, termal mineral su ilә hovuzları, duz hasil edilәn yerlә kurort parkı, Parasels Balneoloji İn-tu vә s. vardır. Kurortun mineral mәnbәlәrinin müalicәvi xassәlәri 8 әsrdәn mәlumdur. H.-ın müasir kurort kimi inkişafı 19 әsrin әvvәllәrinә aiddir. 1876 ildә şәhәrә rәsmi kurort statusu verilmişdir. Kurort özünün inkişafına 19 әsrin sonlarında çatmışdır. Eyni zamanda istirahәt vә turizm mәrkәzi kimi dә inkişaf edir. 1880 ildә kurort musiqi kapellasına Q. Maler (parkda xatirә lövhәsi qoyulmuşdur) dirijorluq etmişdir. H.-ın yaxınlığında Şteyr, Vels turizm mәrkәzlәri yerlәşir.










