Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HALLAN ÇEMİ
    HALLAN ÇEMİ – Şimali Mesopotamiyada, indiki Batman ş.-ndәn (Türkiyә) 50 km şm.-da Epipaleolitdәn keramikayaqәdәrki A Neolitә (radiokarbon analizlәrinin nәticәlәrinә görә, e.ә. 10-cu minilliyin birinci yarısı) keçid dövrünә aid tәll. 1991–94 illәrdә M. Rozenberqin başçılığı ilә Amerika-Türkiyә ekspedisiyası tәrәfindәn Mәhsuldar Hilal bölgәsindә istehsal tәsәrrüfa tının meydana gәlmәsi әrәfәsindә baş vermiş proseslәrin öyrәnilmәsi üçün nadir sayılan dörd tәbәqәdәn üçü tәdqiq edilmişdir. H.Ç.-nin mәrkәzi meydanının (diametri tәqr. 15 m) mәdәni tәbәqәsi heyvan sümüklәri (o cümlәdәn skelet hissәlәri, sıra ilә düzülmüş 3 qoyun kәllәsi) vә oddan çatlamış çay daşılarla zәngindir. Meydanın әtrafında pәrakәndә şәkildә tikililәr yerlәşir: palçıq suvaqlı dairәvi daş platformalar (diametri tәqr. 2 m, hünd. 10–40 sm), bәzәn dә onlara bitişik kirәc qatları; çox vaxt od vә zәdә izlәri olan, әsasәn, dairәvi formalı kirәc sahәlәri (diametri 50–70 sm). 3-cü (alt) tәbәqәdә C planında (diametri tәqr. 2 m) divarları daşdan vә kirәc mәhlulundan olan yer üstü evlәr aşkar edilmişdir. 2-ci tәbәqәnin bu tipli dörd evindәn üçündә döşәmә qumdaşı lövhәlәrindәndir; әn böyük evin (diametri 4 m) mәrkәzindә kirәc “hovuz” yerlәşir. 1-ci tәbәqәdә qumdaşı vә әhәngdaşı lövhәlәrindәn dairәvi planlı tikililәr mövcuddur. Onlardan ikisi, әn böyüklәri (diametri 5–6 m) dәrindәdir, içәrisindә divaryanı daş skamyalar, tәmir edilmiş döşәmәlәr, әtrafı suvaqlanmış ocaqlar var; bir tikilidә zubr kәllәsi, digәrindә qoyun kәllәlәrinin parçaları, maral buynuzları qeydә alınmışdır; tikililәr zonasında gәtirilmә obsidian (d ә v ә g ö z ü) vә mis filizi, hәmçinin onların emalı izlәri müşahidә edilir. Daş dәnәzәnlәr, hәvәnglәr, sürtgәclәr, toxmaqlar (bәzilәri naxışlanmış, o cümlәdәn zoomorf motivlәrlә), kasalar (o cümlәdәn bitki, heyvan, xaç, üçbucaq vә s. tәsvirlәri olan), “çәrtmә çubuqlar” (ehtimal ki, hesablama üçün), ucluqlar vә s. aşkarlanmışdır; Zevi-Çemi-Şanidar, Nemrik 9, Natufi mәdәniyyәtinin materialları ilә analogiyalar var. Tәsәrrüfatın әsasını ovçuluq (әsasәn, qoyun, keçi), yığıcılıq, ehtimal ki, donuzların әhlilәşdirilmәsi tәşkil edirdi. Oturaq hәyat tәrzini tәsdiq edәn tapıntılar var. Mәrkәzi meydan vә bir sıra tikililәr ayinlәrlә әlaqәlәndirilir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU