HALLAVAR – Gürc.-ın Kvemo Kartli mahalının Marneuli bәlәdiyyәsindә, tarixi Borçalı mahalı әrazisindә, Marneulidәn 6 km c.-q.-dә, Xram çayının sahilindә, dәniz sәviyәsindәn 310 m yüksәklikdә azәrb.-ların yaşadığı kәnd. Kәnddә 1870 ildә 20 ailәdә 134 nәfәr, 1926 ildә 38 ailәdә 129 nәfәr, 2002 ildә 60 ailәdә 288 nәfәr әhali qeydә alınmışdır. İbtidai mәktәb var.










