Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HÁLLER
    HÁLLER Albrext fon (16.10.1708, Bern – 12.12.1777. Bern) – İsveçrә tәbiәtşünası, anatom, fizioloq vә yazıçı. London Kral Cәmiyyәtinin (1739 ildәn), Paris EA-nın (1754 ildәn) vә bir sıra digәr elmlәr akademiyalarının üzvü. Tübingen vә Leyden un-tlәrindә tәhsil almışdır. 1727–28 illәrdә Parisdә vә Kembricdә tibb sahәsi üzrә tәkmillәşmişdir. 1727 ildәn tibb doktoru, 1736–53 illәrdә Göttingen Un-tinin prof.-u olmuş vә orada anatomiya teatrının, botanika bağının әsasını qoymuşdur; 1751 ildә Göttingendә Kral Elmlәr Cәmiyyәtini yaratmış vә onun prezidenti seçilmişdir. 1753 ildәn Berndә yaşamış, elmi vә әdәbi yaradıcılıqla mәşğul olmuşdur. Meyvәnin quruluşuna vә morfoloji әlamәtlәrinә әsaslanan bitkilәr sistemini tәklif etmişdir. Xarici tәnәffüs mexanizmini, yağların emulsiyalaşmasında ödün rolunu, әzәlә liflәrinin xassәlәrini (elastikliyini, qıcıqlanmaya yığılma ilә cavab vermәk qabiliyyәtini) tәsvir etmişdir. Qan dövranı sisteminin müxtәlif hissәlәrinin әlaqәlәrini dәqiqlәşdirmәklә U.Harveyin tәliminә bir sıra әlavәlәr etmişdir. Onun tәrtib etdiyi anatomiya cәdvәllәri (“Icones anatomicae”, vol. 1–8, 1743–56) uzun müddәt anatomiyanın öyrәnilmәsi üzrә әn yaxşı vәsait olmuşdur. İnsanın ümumi fiziologiyası üzrә kitabın (“Elementa physiologiae corporis humani”, vol. 1–8, 1757–66) müәllifidir. Orqan vә sistemlәrin quruluşu ilә funksiyaları arasındakı әlaqәyә ilk diqqәt yetirәnlәrdәn biri olmuşdur. İnsanın cinsiyyәt orqanlarının vә beyninin anatomiyasını tәdqiq etmişdir. Sağlam orqanizmin hәyat fәaliyyәtinin tәrifindә ilk dәfә (1776) “fiziologiya” terminini işlәtmişdir. Almandilli poeziyada ilk dәfә vәhşi tәbiәtin (dağ landşaftı, şәlalәlәr vә s.) gözәlliyinә heyranlığın әks olunduğu “Alp dağları” (1729, nәşri 1732) adlı tәsviri-didaktik poemanın müәllifidir; poemada İsveçrә dağlılarının ideallaşdırılmış obrazı uzun illәr bu ölkәnin patriarxal imicini qoruyub saxlamışdır. Digәr bәdii әsәrlәri arasında “İsveçrә şeirlәri” toplusu (1732), “Ağıl, mövhumat vә inamsızlıq haqqında düşüncәlәr” (1732), “Zorun mәnşәyi haqqında” (1734) fәlsәfi poemaları, “Uzonq” (1771), “Anql-saksların kralı Alfred” (1773) siyasi romanları var. “Gündәlik” (1787) vә “Albrext fon Hallerin 1723–1727 illәrdә Almaniya, Hollandiya vә İngiltәrәyә sәyahәtinin gündәliklәri” (nәşri 1883) әsәrlәri tarixi-mәdәni әhәmiyyәt daşıyır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU