HALLİ (Halley; 1977 ilәdәk Halli-Bey) – Antarktida әrazisindә B. Britaniyanın elmi st.-sı. Kots Torpağı sahilindә, Brant şelf buzlağı üzәrindәdir. 1956 ildә, yanvar ayının 16-n da açılmışdır. St.-da meteoroloji, geofiziki, qlyasioloji müşahidәlәr, hәmçinin tibbi vә bioloji tәdqiqatlar aparılır. Antarktidanın әtraf r-nlarında çöl marşrut tәdqiqatlarının aparılması üçün bazadır.










