Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HALLÜSİNÁSİYA 
    HALLÜSİNÁSİYA (lat. hallucinatio – sayıqlama, gözәgörünmә), q a r a b a s m a – real obyekt olmadan törәnәn vә psixi pozuntu әlamәtlәri olan xәyali qavrayışlar, qavrayış aldanışları. H.-nın xәyali qavrayış olduğunu vә onun illüziyadan fәrqlәndiyini ilk dәfә J.E.D.Eskirol 1817 ildә müәyyәn etmişdir. H. qavrayış prosesinin pozulmasıdır. Görmә, eşitmә, toxunma (taktil), iybilmә, dad bilmә, ümumi duyğu vә s. H. növlәri fәrqlәndirilir. H. adәtәn müvafiq analizatorun qavrayış sahәsindә proyeksiya olunur; mәs., görmә H.-sı – görmә sahәsindә, eşitmә H.-sı – akustik sahәdә, toxunma H.-sı – dәridә. Ancaq bәzәn H. müәyyәn analizatorun qavrayış sahәsinin xaricindә müşahidә olunur, mәs., ekstrakampin H. (görmә sahәsindәn xaricdә – yan tәrәfdә, arxada yaranan görmә H.-sı; bunu E.Bleyler tәsvir etmişdir), yaxud daxili orqanlarda qurdların gәzmәsi şәklindә toxunma H.-sı (enteroseptiv H., yaxud ümumi duyğu H.-sı); onlar toxunma duyğusu tәsәvvürlәrinin başlıca olaraq “araşdırıcı әllәr”lә bağlı olan tәcrübәsi әsasında formalaşsa da, bәdәn daxilinin tәsәvvür edilәn qavrayış sahәsindә proyeksiya olunur. Bәzәn H.-nın müxtәlif növlәri, mәs., görmә vә eşitmә (pasient kimlәrisә görür vә eyni zamanda onların danışığını eşidir), dad bilmә vә iybilmә birlәşir. Kinodakı sәhnәlәr kimi ardıcıl surәtdә qavranılan görmә H.-sı kinematoqrafik, yaxud sәhnә H.-sı adlanır. O, real dünyanın qavranılmasını tamamilә әvәz edә vә әtraf mühitdә oriyentasiyanın pozulması nәticәsindә şüurun tutqunlaşması ilә müşayiәt oluna bilәr. Görmә H.-sı elementar (fotopsiya; parlayan lәkә, qığılcım, nöqtә, zolaq vә s. şәklindә) vә mürәkkәb (insanların, real hәyata yaxud fövqәltәbii dünyaya aid predmetlәrin, mәs., mәlәklәrin, şeytanların vә s. görünmәsi şәklindә) olur. Hallüsinator obrazlar hәrәkәtsiz, yaxud hәrәkәtli, rәngsiz, yaxud rәngli; predmetlәrin real ölçüsünә uyğun (normopsixi H.), kәskin kiçilmiş (mikropsixi H.), yaxud nәhәnglәşmiş (makropsixi H.) ola bilәr. Eşitmә H.-sı da elementar (akoazm; bu zaman pasient ayrı-ayrı sәslәr, tıqqıltı, uğultu vә s., hәmçinin fonemlәr – ayrı-ayrı hecalar, söz hissәlәri eşidir) vә mürәkkәb – verbal (bu zaman pasient öz adı ilә çağırıldığını, ayrı-ayrı söz vә cümlәlәri, ona müraciәt olunduğunu vә ya onun haqqında danışıldığını, yaxud musiqi eşidir) ola bilәr. Verbal H. mәzmunca qınayıcı, tәhqiredici, istehzalı, söyüşlü, ölümlә hәdәlәyәn, yaxud xeyirxah, tәriflәyici vә s. şәkildә ola bilәr. Verbal H.-ların әn tәhlükәlisi cәmiyyәtdә yolverilmәz, yaxud tәhlükәli hәrәkәtlәrin (mәs., özünü, yaxud әtrafdakı insanlardan birini öldürmәk) icrasına tәşviq edәn imperativ H.-dır. İybilmә vә dadbilmә H.-sı adәtәn xoşagәlmәz (әsasәn üfunәtli) iylәr vә qidaya xas olmayan qeyri-adi dad şәklindә tәzahür edir. Bu H.-ları illüziyadan fәrqlәndirmәk çәtindir, çünki zәif iybilmә vә dad bilmә qıcıqlandırıcılarının mövcudluğunu tam inkar etmәk heç dә hәmişә mümkün olmur. Toxunma H.-sı isә qaşınma, parazitlәrin sancması, dәridә vә dәrinin altında parazitlәrin, hәşәratların, yaxud xırda gәmiricilәrin gәzmәsini hiss etmәk şәklindә tәzahür edir. Yuxarıda tәsvir edilәn H.-lar hәqiqi H.-lara aiddir. Bundan başqa, qavrayış pozuntularının xüsusi qrupunu tәşkil edәn vә xәstәlik müddәtindә hәqiqi H.-lara çevrilә bilәn (yaxud әksinә) psevdohallüsinasiyalar fәrqlәndirilir. Yaranma şәraitinә görә real qıcıqlandırıcı fonunda hәmin analizatorun öz daxilindә әmәlә gәlәn (mәs., mühәrrik küyündә “sәslәr” eşidilir) funksional H.-lar (bunu K.Kalbaum tәsvir etmişdir) vә qıcıqlandırıcının duyğu orqanlarından birinә tәsir etdiyi, H.-nın isә digәr duyğu orqanında әmәlә gәldiyi (mәs., çox güclü sәslәrin fonunda görmә H.-sı) reflektor H.-lar fәrqlәndirilir. Başlıca olaraq H.-lar endogen vә ekzogen psixi xәstәliklәr, mәrkәzi sinir sisteminin infeksion, toksik, travmatik zәdә alması, hallüsinogenlәrdәn, psixitomi metiklәrdәn zәhәrlәnmәlәr, ağır ruhi sarsıntılar zamanı müşahidә olunur. Kәskin hal - lüsinator vәziyyәtli xәstәlәr xәstәxana şәraitindә müalicә olunur. Müalicәsi әsas xәstәliyin diaqnozu ilә tәyin edilir.  Bax hәmçinin Alkoqol psixozları, Metamor fopsiya, Oneyroid vәziyyәti.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU