Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HALOFİLLƏR
    HALOFİLLƏR (yun. άλς duz vә ...fil) – yalnız yüksәk duzluluq şәraitindә yaşayan orqanizmlәr. H.-ә әsasәn 30‰-dәn aşağı duzluluğa dözmәyәn heyvanlar, radiolyarilәr, rifәmәlәgәtirәn mәrcanlar, riflәrdә vә manqr cәngәlliklәrindә yaşayanlar, әksәr dәrisitikanlılar, başıayaqlı molyusklar, bir çox xәrçәngkimilәr vә b.aiddir. H. hәmçinin duzluluğu 24-dәn 100 vә hәtta 300 ‰-ә qәdәr olan materikdaxili su hövzәlәrindә yaşayan heyvanlardır. Mәs., bәzi rotatorilәr, Artemia salina xәrçәngi, Aedestogoi ağcaqanadının sürfәsi vә b. Osmotik tәnzimlәmәnin kömәyi ilә H. bәdәn mayesindә onları әhatә edәn dәniz suyunda daha az olan osmotik aktiv maddәlәrin nisbәtәn daimi konsentrasiyasını saxlayır. Çox şorlaşmış torpaqlarda bitәn bitkilәr halofitlәr adlanır. Onlar öz toxumalarında duz toplama qabiliyyәtinә görә fәrqlәnirlәr. Onlardan bәzilәri (şoran bitkilәri olan evhalofitlәr) duzların yüksәk qatılığına davamlı olub xeyli miqdarda duz toplayır; onlar şoranlarda bitir, yarpaqları vә gövdәlәri әtli olur (duzlaq çoğanı, çәrәn vә bir sıra sәhra yarımkolları). Digәrlәri (kino halofitlәr) onlarda toplanmış duzları xüsusi vәziciklәrin kömәyilә ifraz edirlәr, nәticәdә quru havada bitkilәr duz tәbәqәsi ilә örtülür. Sәhralarda vә quru çöllәrdә bitәndә vә ayağı, yulğun növlәri vә b. aiddir. Kök sistemi duzları az hopduran bitkilәr (qlikohalofitlәr) dә mәlumdur (yovşan növlәri vә şorlaşmış yarımsәhra bitkilәri). Manqr bitkilәri dә H.-ә aid edilir. Halofil mikroorqanizmlәr NaCl-un qatılığı yüksәk olan mühitdә inkişaf edir. Onların arasında 15–32 % NaCl olan mühitdә inkişaf edәn ekstremal H. (halobakteriyalar vә bәzi mikroskopik yosunlar), qatılığı 5–15% NaCl olan mühitdә sadә H. (mәs., Micrococcus halodenitrificans) vә qatılığı 2–5 % olan mühitdә inkişaf edәn zәif halofil mikroorqanizmlәr (mәs., dәniz mikroorqanizmlәri) ayırd edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU