HALOFORM REAKSİYASI, h a l o f o r m p a r ç a l a n m a s ı – tәrkibindә asetil qrupu C(O)CH3 saxlayan karbonil birlәşmәlәrin (metilketonlar, asetaldehid) qәlәvinin sulu mәhlulunda halogenin (Cl2, Br2, J2) tәsiri ilә haloforma (xloroform, bromoform vә ya yodaforma) vә karbon turşusunun duzuna parçalanması, mәs., HC(O)CH3 + Br2 + OH– → [HC(O)CBr3] → CHBr3+HCOO–; ilkin karbonil birlәşmәyә nisbәtәn duzun molekulunda bir karbon atomu azdır. Tәrkibindә karbonil qrupunu ekranlaşdıran әvәzedicilәr vә halogen ilә asan әvәz olunan hidrogen atomları olan metilketonlar (mәs., o,o – diәvәzli ase tofenon) çәtin parçalanır. H.r. trimetil sirkә turşusunun, alkilkәhraba vә bәzi doymamış karbon turşularının sintezi, karbonil birlәşmәlәrin vәsfi vә miqdari analizi üçün tәtbiq edilir.










