HALOGENLƏŞMƏ – üzvi birlәşmәnin molekuluna halogen atomunun daxil edilmәsi. Əvәzetmә (әvәzlәyici H.) vә birlәşmә (birlәşdirici H.) reaksiyaları ilә hәyata keçirilir. Xlorlaşma sәnayedә әn әhәmiyyәtlisidir. Üzvi birlәşmәlәrdә hidrogenin xlorla әvәz edilmәsinin empirik qaydası 1833–34 illәrdә ilk dәfә J.Düma tәrәfindәn formalaşdırılmışdır. Əvәzlәyici H. F2>>Cl2>Br2>J2 sırası üzrә azalır. Flüor ilә flüorlaşma yüksәk ekzotermiki olduğundan, reaksiya aşağı temp-rda vә azotla durulaşdırmaqla aparılır. Əksәr hallarda F2 әvәzinә flüor tәrkibli birlәşmәlәr (CoF3, HgF2, HF) istifadә edilir. Alkil xloridlәrin SbCl5 iştirakında, 70 – 150°-dә vә 2,5MPa-a qәdәr tәzyiqdә qaz halında HF ilә әvәzlәyici flüorlaşmadan, hәmçinin susuz HF ilә elektrokimyәvi flüorlaşmasından xladonların alınma üsulu sәnaye әhәmiyyәtlidir. Alkanların vә alkilaro matik birlәşmәlәrin ardıcıl әvәzlәyici xlorlaşması vә ya bromlaşması yüksәk temp-r, işıq, ionlaşdırıcı şüa vә digәr energetik faktorların, yaxud radikal inisiatorların (azobirlәşmәlәr, peroksidlәr, hidroperoksidlәr) tәsiri ilә radikal-zәncirvari mexanizm üzrә gedir. Aromatik vә heteroaromatik birlәşmәlәrin nüvәsindә katalizatorların iştirakı ilә (adәtәn, aproton turşular, mәs., müvafiq olaraq AlCl3 vә ya AlBr3) әvәzlәyici xlorlaşma vә bromlaşma elektrofil әvәzetmә mexanizmi üzrә gedir. Substratın tәbiәtindәn asılı olaraq әvәzlәyici H. üçün müxtәlif reagentlәr (mәs., spirtlәrdә OH qrupunu әvәz etmәk üçün HCl vә ya HBr; aldehid vә ya ketonlar da karbonil oksigenini әvәz etmәk üçün PCl5 vә ya PBr5 vә s.) istifadә olunur. İkiqat rabitә üzrә birlәşdirici H. hәm radikal (mәs., Cl2 vә ya Br2-un işığın tәsiri ilә, yaxud qızdırıldıqda aromatik vә heteroaromatik birlәşmәlәrә birlәşmәsi), hәm dә ion (Cl2-un alkenlәrә elektrofil birlәşmәsi) mexanizmi ilә gedә bilәr. Hidrogen-halogenidlәrin tәsiri ilә halogenlәrin birlәşmәsini hәyata keçirmәk olar (bax Hidrohalogenlәşmә). Hidrogen-ha logenidlәr (HCl vә HBr) vә oksidlәşdiricinin (H2O2 maye vә O2 qaz faza üçün) tәsiri ilә gedәn halo genlәşmә oksidlәşdirici H. adlanır. Sәnayedә etilenin oksidlәşdirici xlorlaşmasından dixloretan alınır. H. Karbo hidrogenlәrin halogenli törәmәlәrindәn xlor- vә flüor-üzvi birlәşmәlәrin vә s. alınmasında istifadә olunur.










