HALOKSON (Halozon), e u s t i d i l – fosforüzvi birlәşmәlәrә aid preparatlar qrupunun nümayәndәsi. Baytarlıq tәcrübәsindә heyvanlarda vә quşlarda mәdә-bağırsaq nematodları ilә mübarizәdә effektli dәrman preparatıdır. Parazitlәrdә xolinesterazanı blokada edәrәk onları iflic vә mәhv edir. Preparat, әsasәn, helmintlәrin yetkin vә böyümüş formalarına qarşı aktiv tәsir göstәrir, parazitlәrin sürfәlәri vә yetkin olmayan formaları ona az hәssasdır. Quşçuluqda H., adәtәn, toyuq, hinduşka, göyәrçin vә qırqovulların kapillyariozu ilә mübarizәdә istifadә olunur. Su quşları üçün zәhәrlidir.










