HALOTÁN – narkoz üçün yüksәk aktivli inhalyasion dәrman maddәsi; müstәqil şәkildә, yaxud digәr narkotik dәrmanlarla, әsasәn, azot 1-oksidlә birlikdә narkozun cәrrahi mәrhәlәsini әldә etmәk üçün işlәdilir. Rәngsiz, şәffaf, tez uçucu, xloroform iylidir, tünd rәngli şüşә flakonda buraxılır. Preparat tez narkotik tәsir göstәrir vә inhalyasiya qurtardıqdan sonra çox keçmәdәn narkotik tәsir dayanır. Boşluqların (qarın vә ya döş boşluğu), uşaqların vә qocaların, bronxial astmalı xәstәlәrin cәrrahi әmәliyyatı zamanı istifadә olunur.










