HALS (holl. hals) – 1) gәminin külәyә nәzәrәn hәrәkәt istiqamәti. Külәk soldan әsәndә gәmi sol H.-la, sağdan әsәndә sağ H.-la gedir; 2) ziqzaqvarı istiqamәt üzrә hәrәkәt edәn gәminin bir döngәdәn o birisinә qәdәr getdiyi yol hissәsi; 3) çәpәki yelkәnin aşağı külәktutan küncünü dor ağacına bәrkidәn ip.










