HALŞTAT MƏDƏNİYYƏTİ, H a l l ş t a t t m ә d ә n i y y ә t i – 1) Zalsburqdan (Avstriya) c.-ş.-dә Halştat (Hallştetter-Ze) gölü yaxınlığında e.ә. 8–5 әsrlәrә aid mәzarlıq. Ərazidә 1824–31 illәrdә tәsadüfi, 1846–64 illәrdә (duz şaxtalarının rәhbәri İ.G.Ramzauer tәrәfindәn) vә sonralar müntәzәm qazıntılar aparılmışdır. Başları әsasәn, qәrb istiqamәtindә olmaqla arxası üstә dәfn edilmiş, hәmçinin yandırılmış tәqr. 2000 meyit tәdqiq edilmişdir; çox vaxt üstlәri daşla örtülmüş, yaxud әhatәlәnmişdir. Qazıntılar zamanı çox sayda tunc vә dәmir silahlar, qablar, bәzәk әşyaları (o cümlәdәn idxal olunmuş), әsasәn, hәndәsi ornamentlә bәzәdilmiş müxtәlif çeşidli yapma keramika vә s. aşkar edilmişdir. Etrusk vә yunan şәhәrlәri ilә mübadilә vasitәsi duz idi. Mәzarlıqdakı tapıntılar әsasında Halştat mәdәniyyәti (vә ya dövrü) müәyyәnlәşdirilmiş, onun tәrkibindә müxtәlif vilayәtlәr vә lokal qruplar, mәrhәlәlәr (silahların, fibulaların vә s.-nin formasının dәyişmәsinә görә) ayrılmışdır. Qәrb vilayәti Qәrbi Macarıstan vә Cәnubi Almaniyadan Fransanın böyük hissәsi vә Reynboyu vilayәtlәr daxil olmaqla Şimali İspaniyayadәk uzanır, bu mәdәniyyәtә mәxsus komponentlәr İngiltәrә vә İrlandiyada da mәlumdur. Şәrq vilayәtinә Karpat çuxurunun bir hissәsi, Alp d-rının ş.-i, Balkan y-a-nın şm.-q.-i daxildir. A vә B mәrhәlәlәri (e.ә. 1200–800) Son Tunc dövrünә aiddir, C mәrhәlәsi (e.ә. 800–600) Erkәn Dәmir dövrünә keçidә uyğundur, D mәrhәlәsi (e.ә 600–475) Dәmir dövrünә mәxsusdur. Kәnd yerlәri (o cümlәdәn dirәküstü), şәhәr yerlәri, kurqan vә torpaq qәbirlәri (erkәn mәrhәlәlәr üçün “dәfn urnaları mәzarlıqları”, C mәrhәlәsindә dәfn üstünlük tәşkil etmişdir), dәfinәlәr, mis vә duz mәdәnlәri mәlumdur. Tәsәrrüfat әkinçilik vә heyvandarlığa әsaslanırdı. E.ә. 11 әsrdәn zadәgan klanları arasında mübarizә (o cümlәdәn ticarәt yolları uğrunda) vә onların nәzarәti altında olan vilayәtlәrin formalaşması nәticәsindә şәhәr yerlәrinin sayı sürәtlә artdı. E.ә. 7–6 әsrlәrdә iri mәrkәzlәrdә kiçik zadәgan mәzarlıqları: bәzәn daş konstruksiyalı vә tәpәnin başında antropomorf stelası olan, içәrisinә dördtәkәrli arabalar, qızıl sinәbәndlәr vә digәr bәzәk әşyaları, zәngin silahlar, tunc qablar, oyma, yaxud basma tәsvirli (simli alәtlәrdә çalğı ilә müşayiәt olunan bayram, dini mәrasim, heyvanların, atlı vә piyada döyüşçülәrin tәn tәnәli yürüşü, döyüş, yumruq davası vә ov sәhnәlәri) situlalar, heykәllәr (mәs., Ştretveqdәn e.ә. 8–7 әsrlәrә aid, üzәrindә qurbanvermә sәhnәsi tәsvir olunmuş tuncdan döyüş arabası; “İoanneum” muzeyi, Qrats), Baltikayanıdan kәhrәba muncuqlar, etrusklardan, yunanlardan vә Finikiyadan idxal edilmiş vә s. әşyalar yerlәşdirilmiş geniş kameralı kurqanlar (Viks, Hoxdorf, Hirşlanden vә s.) meydana gәldi. E.ә. 5 әsrdә Laten mәdәniyyәti ilә әvәzlәnmiş Alpdan şm.-a doğru, Şampandan Yuxarı Dunayadәk olan abidәlәr keltlәrlә, şәrq vilayәtlәri isә illiriyalıların qrupları ilә әlaqәlәndirilir. 2) Halştat gölü sahilindә qәdim duz mәdәnlәri. Sonralar Roma mәskәninin qalıqları, 1311 ildәn şәhәr. 1734 ildә burada hәlak olmuş vә mumiyalanmış insan (“Duzlanmış insan”, tәqr. e.ә. 300 il) tapılmışdır. 1595 ildә boru kәmәrinin inşasına başlanılmışdır (40 km-dәk mәsafәyә duzu çatdırırdı). Gölün sahili boyunca şәhәrә ilk yol 1890 ildә çәkilmişdir. Halştat (Hallştatt) ş.-ndә son qotika üslubunda Mariya kilsәsi (1505; 12 әsrdә mövcud olmuş mәbәdin yerindә; mehrabı – 1515, L.Ayst), Müq. Mixail kiçik kilsәsi var. Halştat muzeyi (1844; yerli arxeoloji tapıntılar vә xalq incәsәnәti nümunәlәri) fәaliyyәt göstәrir. Halştat – Daxştayn Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Halştat mәdәniyyәtinin әn mәhşur artefaktlarından biri olan
bürünc döyüş arabası.
bürünc döyüş arabası.

Halştat tipli xәncәr.










