Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HALŞTEYN DOKTRİNASI
    HALŞTEYN DOKTRİNASI (Hallstein-Doktrin) – AFR-in 1955–70 illәrdә yürütdüyü vә Almaniya Demokratik Respublikasının (ADR) beynәlxalq arenada tәcridinә yönәlmiş xarici siyasәt doktrinası. K.Adenauerin 1955 ilin sentyabrında Moskvaya sәfәrindәn sonra qәbul edilmişdir (sәfәr zamanı SSRİ ilә AFR arasında diplomatik münasibәtlәr qurulmuşdur). 8–9.12.1955 ildә xarici işlәr üzrә dövlәt katibi V.Halşteynin tәşәbbüsü ilә Bonnda çağırılmış AFR sәfirlәrinin müşavirәsindә tәsdiq olunmuşdur. Doktrinanın әsas mәzmunu ADR-i rәsmәn tanıyan bütün dövlәtlәrlә (qalib dövlәtlәrdәn biri kimi SSRİ istisna olmaqla) diplomatik әlaqәlәrdәn imtina etmәk idi; ADR-in tanınması AFR hökumәti tәrәfindәn “qeyri-dostcasına akt” kimi nәzәrdәn keçirilirdi. AFR-in Əsas qanununda tәsbit olunmuş vә 1950 ildә üç işğalçı dövlәtin (ABŞ, B. Britaniya, Fransa) Nyu-York bәyannamәsi ilә tәsdiqlәnmiş “beynәlxalq arenada bütün almanların vahid tәmsilçiliyi” haqqında müddәa doktrinanın hüquqi әsasını tәşkil edirdi. H.d. praktikada iki dәfә tәtbiq olunmuşdur: 1957 ilin oktyabrında Yuqoslaviya (bu ölkәnin ADR-i tanımasından sonra), 1963 ilin yanvarında isә Kuba ilә diplomatik münasibәtlәrә son qoyulmuşdu. H.d. AFR-in daxilindә, ilk növbәdә müxalif Almaniya Sosial-Demokrat Partiyası (ASDP) tәrәfindәn ölkәnin iqtisadi vә ticari maraqlarının müdafiәsi zәrurәti әsas gәtirilәrәk tәnqidlәrә mәruz qalırdı. 1963 ildә AFR ilә Polşa, Rumıniya vә Macarıstan arasında ticarәt nümayәndәliklәri tәsis edildi vә ticarәt haqqında müqavilәlәr imzalandı, 1967 ildә Rumıniya ilә diplomatik münasibәtlәr quruldu, 1968 ildә isә Yuqoslaviya ilә münasibәtlәr bәrpa edildi. 1967 il Ərәb-İsrail müharibәsindәn vә bir çox әrәb vә Asiya dövlәtinin ADR-i tanımasından sonra H.d.-ndan tam imtina edilmәsi zәrurәti yarandı. 1968 ildә AFR ilә ADR arasında daxili ticarәt haqqında saziş imzalandı, 1970 ilin fevralın da isә ASDP-nin lideri V.Brandt tәrәfindәn hökumәt formalaşdırıldıqdan az sonra H.d.-nın fәaliyyәtinә rәsmәn xitam verildi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU