HALTELLƏMƏ – detalların tәmizlәnmәsi vә sәthlәrinin emalı üsulu. H. kobud tәmizlәmәdә içәrisinә polad kürәcik, qırma, mıx, posa, qum vә s., zәrif tәmizlәmәdә isә әhәng, dәri kәsiklәri vә s. yüklәnmiş fırlanan barabanlarda yerinә yetirilir. Quru H.- dәn başqa, hәmçinin sabunlu su, zәif qәlәvi mәhlulu, yaxud ammonyaklı vә sianidli duzlardan istifadә etmәklә nәm H. üsulu da tәtbiq edilir. Vibrohaltellәmә vә hidrohaltellәmә üsulları daha sәmәrәlidir.










