HAM (әr.
; ivritcә
; yun. Χαμ) – Nuhun üç oğlundan (Yafәs vә Samla yanaşı) biri (Yaradılış, 5:32; 6:10; 7:13;10:1). Quranda adı çәkilmәsә dә, Quran qissәlәrindә haqqında mәlumat var. Yәhudi vә islam rәvayәtlәrinә görә, Nuh bәyәnilmәyәn hәrәkәtinә görә H.-ın nәsillәrinә bәddua etmişdir. Bәzi Qәrb tәdqiqatçıları tufandan sonra insanların tәkrar törәnmәsinә aid Tövratdakı bilgilәrә istinadәn misirlilәr, sudanlılar, hәbәşlәr, bәrbәrlәr vә b. Afrika xalqlarını H.-ın törәmәlәri hesab etmiş vә “hami xalqlar” (o cümlәdәn “hami dillәr”) terminini işlәtmişlәr.










