Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HAMAM
    HAMAM (әr. – çimmәk üçün xüsusi avadanlıqla tәchiz edilmiş tikili. Bәdәnә su vә isti havanın (türk vә Roma H.-ları), su vә buxarın (rus H.-ı) birgә tәsirinә, yaxud isti quru hava ilә soyuq suyun növ bәlәşmәsi (fin H.-ı – sauna) tәsirinә görә H.-lar bir-birindәn fәrqlәnir. İndiki Pakistan әrazisindә yerlәşәn Mohen co-Daro şәhәr yerindә (e.ә. 2500–1500 illәr) aşkarlanmış mürәkkәb su vә kanalizasiya sistemi burada H.-ların olduğu fәrziyyәsini әsaslandırır. Anadoluda Son Hett dövlәtinin Zincirlihöyük abidәsindә e.ә. 1200-cü illәrә aid H. qalıqları tapılmışdır. Aşşur çarlığında Dәclә çayının sahilindә III Salmanasarın [e.ә. 859–824] H.-ı olmuşdur. Yunan müәllifi Herodotun (e.ә. 5 әsr) mәlumatına görә, skiflәrin düşәrgә H.-ı alaçığı xatırladırdı: yuxarı tәrәfdә kәndirlә bağlanmış şüvüllәr keçә ilә örtülürdü. Qızmar daşların üstünә atılan ot toxumları, yaxud ot dәmlәmәsi tüstü vә buxar yaradırdı. Qәdim Misirdә yerlәşәn Tәll әl-Amarnada H. aşkar edilmişdir. Türkiyә-Suriya sәrhәdinin yaxınlığındakı Tәll Xәlәfdә e.ә. 3 әsrә aid gil vanna tapılmışdır. Qәdim yunan gimnasilәrindә idmanla mәşğul olanlar üçün isitmә sistemi olmayan duşxanalar var idi, çoxsaylı isti bulaqları olan Cәnubi İtaliyada isә balneumlar (şәxsi istifadә üçün kiçik H.-lar) geniş yayılmışdı. Roma imperiyası dövründә H.-lar yüksәk mәdәniyyәtin xüsusi әlamәti idi. Memarlıqda sement vә betonun istifadәsi, hәmçinin günbәz inşasının tәkmillәşdirilmәsi nәticәsindә ictimai H.-ların (termaların) tikintisi genişlәnmişdi. Bunların әn görkәmli nümunәlәri imperator H.-larıdır (Romada Karakalla termaları, Parisdә Kluni termaları). Karakalla termalarına (206– 217) naxışlı dayaqlar üzәrindә akveduku olan küçәdәn (via Nova) keçәrәk daxil olurdular. H.-ın әtrafında park vә stadion salınmışdı. H.-ın döşәmәsi yaşıl mozaika
    Süleymanpaşa hamamı (14 әsr), İzmit. Kocaeli.
    ilә bәzәdilmiş, divarları mәrmәr vә yalançı mәrmәr lövhәlәrlә üzlәnmişdi. H.-ın daxilindә çimmәk zalları ilә yanaşı iclas zalı, kitabxana vә heykәl qalereyası var idi. Romada vә Bizansda villa vә hәrbi düşәrgә H.-ları da mövcud idi. Erkәn orta әsrlәrdә Avropada maddi mәdәniyyәtin tәnәzzülü sәbәbindәn H.-lar tikilmirdi (Kordova әmirliyi, sonra Kordova xilafәti istisna olmaqla). Azsaylı dağıdılmamış Roma termaları Cәnubi İtaliyada işlәyirdi. Bizans imperiyasında isә Roma mәdәniyyәti inkişaf edirdi. Bizans H.-larının әn mәşhur nümunәlәri Konstantinopolda (indiki İstanbul) yerlәşәn Zevksippos H.-ı (8 әsr), Akşehirdә Meydan H.-ıdır (13 әsr). Avropada şәhәrlәrin sayının artması vә böyümәsi, hәmçinin sәlib yürüşlәri zamanı avropalıların Şәrq H.-ları ilә tanışlığı nәticәsindә 10–12 әsrlәrdә Avropada ictimai H.-ların inşasına başlanıldı. Ərәb istilaları vә islamın yayılması dövründә müsәlman ölkәlәrindә H.-lar tikilirdi. Ölü dәnizdәn şm.-da xәlifә I Vәlidin әmri ilә 711–715 illәrdә tikilmiş Kuseyri Əmrә qәsrindә Roma tipli H. vardır. 8 әsrә aid bu tipli bir neçә H. İordaniya vә Suriya
    әrazisindә aşkar olunmuşdur. Sonradan bu H. tipi müsәlman ölkәlәrindә getdikcә tәkmillәşdirilmiş vә yerli xüsusiyyәtlәr kәsb etmişdir. İranda H.-ların inşası islamın yayılmasından sonra geniş vüsәt almışdı. 
    Hacı Qayıb hamamı (15 әsr). İçәrişәhәr. Bakı. 
    İranda H.-ların inşası islamın yayılmasından sonra geniş vüsәt almışdı.Ərәb mәnbәlәrinә görә, müsәlman mәrkәzlәrindә H.-ların sayı xeyli artmışdı. Ərәb müәllifi İbn Cubeyrin mәlumatına görә, 12 әsrdә Dәmәşqdә yüzә qәdәr H., Bağdadda isә tәqr. 2000 H. var idi. H. memarlığında tәdricәn yeni üslublar yaranırdı. Yeni üslubda tikilmiş H.-lardan Şamda inşa edilmiş Bizuri H.-ını (12 әsr), İznikdә İsmayıl bәy H.-ını (13 әsr), Zeyn vә Sultan H.-larını (14 әsr), Mәlikә H.-ını (16 әsr) vә s. qeyd olunmalıdır. Əlcәzairin Tilimsan (Tlemsan) ş.-ndә orta әsr “Boyacılar” H.-ı Şimali Afrika müsәlman H.-larının nümunәvi abidәsidir. Əndәlisdә Əl-Hәmra sarayındakı H. (14 әsr) Mәğrib hamam planında inşa olunmuşdur. Firuz şah Tuğluq Dehli sultanlığının yalnız Lahor ş.-ndә on H. tikdirmişdir (12 әsr). Ən böyük H. Əkbәr şah tәrәfindәn Fatehpur-Sikridә inşa edilmişdir (16 әsr). Şәrq H.-ları arasında türk H.-ları daha mәşhurdur. Ən qәdim türk H.-ı Anadoluda Mardin ş.-ndә Maristan H.-ıdır (12 әsrin әvvәllәri). Diyarbәkirdә Artuklu sarayı H.-ı (13 әsrin әvvәllәri) zәrli mozaika naxışları ilә mәşhurdur. Anadolu sәlcuqları dövrünә aid Kayseridә Kümbәt H.-ı vә Sultan H.-ı (13 әsrin birinci yarısı), Konyada Sahipata külliyyәsi H.-ı (13 әsrin ortaları) vә s. H.-lar qalmaqdadır. Osmanlı memarlığının sayca әn zәngin nümunәlәrindәn biri H.-lardır. Bursadakı Əski H. (1337), Orxanqazi H.-ı (1339), Göynükdәki Süleyman paşa H.-ı (14 әsr) osmanlı memarlığının ilk örnәklәridir. Bu memarlığın ayrıca bir sahәsi qaplıcalardır (isti mineral su hovuzları). Bunlardan Bursadakı Çekirgә qaplıcası (1326), Əski qaplıca (14 әsrin ortaları), Kükürdlü qaplıca (14 әsrin ikinci yarısı) diqqәtçәkәndir. Dövrün örnәklәri arasında Berqamadakı Dabbağlar H.-ı, Merzifondakı Çiftә (cütlük, ailәvi) H. (14 әsr), Ankaradakı Qaracabәy H.-ı, Bursadakı Atbazarı H.-ı vә Mәhkәmә H.-ı, Ədirnәdәki Taxtaqala H.-ı vә Bәylәrbәyi H.-ıdır (15 әsr). 16–18 әsrlәrdә Türkiyәdә çox sayda H. inşa edilmişdir. Şәrq ölkәlәrindә, o cümlәdәn Azәrb.-da H.-lar sanitariya-gigiyena funksiyası daşımaqla yanaşı, eyni zamanda istirahәt, görüş, söhbәt, stolüstü oyunlar vә mәrasimlәr yeri olmuşdur. Buna görә dә H.-ların memarlıq quruluşunun dekorativliyinә xüsusi diqqәt verilirdi. Orta әsr Azәrb. H.-ları üstü günbәzlә örtülәn kvadrat, yaxud sәkkizbucaqlı salonlardan ibarәt soyunub-geyinmә vә çimmә hissәlәrinә ayrılırdı.
     
    Çökәk hamam (1606 il). Gәncә.
    Salonlar birbiri ilә ya birbaşa birlәşir, yaxud onların arasında kiçik yerlәşgәlәr tikilirdi. Çimmә salonunda soyuq vә isti sututarlar – “xәznәlәr” yerlәşirdi. Suyu isitmәk üçün hovuzun altında tağtavan örtüklü “külxan” adlanan xüsusi kamera qurulur, neft (Abşeronda), odun, tәzәk vә s. ilә qızdırılırdı. Çimmә salonu döşәmәnin altında quraşdırılmış xüsusi kanallar vasitәsi ilә isidilirdi. İsti hava bir tәrәfdәn “külxan”a birlәşәn hәmin kanallardan keçir vә tüstü bacasından bayıra çıxırdı. Soyunub-geyinmә salonunun ortasında fәvvarәli soyuq su hovuzu, çimmә salonunun ortasında isә isti su hovuzu olurdu. Salonlar vә otaqlar günbәzlәrin üstündә açılmış xüsusi açırım vә bacalarla işıqlandırılırdı. Böyük H.-ların interyerlәri, xüsusilә soyunub-geyinmә salonları zәngin divar rәsmlәri vә ornamentlәrlә bәzәdilirdi. İstiliyin yaxşı saxlanması üçün çox vaxt H.-lar yer sәviyyәsindәn dәrinlikdә tikilirdi. Azәrb. H.-larının әn yaxşı nümunәlәri Abşeronun Nardaran k.-n dә (1388, memar Kәştasif Musa oğlu), Bakıda Qasımbәy H.-ı (14 әsr), Hacı Qayıb H.-ı (15 әsr), Basqalda (17 әsr), Gәncәdә “Çökәk hamam” (17 әsr), Şuşada “Merdinli” mәhәllәsinin hamamı, Qubada “Çuxur hamam” (19 әsr) vә Şәkidә “Ağvanlar hamamı” (19 әsr) qalmışdır. H.-da çimmәk maddәlәr mübadilәsini güclәndirir, qan dövranını yaxşılaşdırır, qan tәzyiqinә vә ürәk, böyrәk fәaliyyәtinә müsbәt tәsir göstәrir. Orqanik ürәk xәstәliklәri, ateroskleroz, anevrizm vә hipertoniyası olan adamlara, hәmçinin uşaqlara H.-ın buxarxanasından istifadә etmәk zәrәrdir. 1980-ci illәrin әvvәllәrindәn Azәrb. H.-larında sauna (fin) tipli qurğulardan istifadә olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU