HAMAMÁTSU – Yaponiyada, Sidzuoka prefekturasında şәhәr. Əh. 801 min (2010). Honsü a.-nın mәrkәzi hissәsinin c.-unda balıqov lama portu. Maşınqayırma (motosiklet vә s. istehsalı), kimya, toxuculuq, ağac emalı sәnayesi var. Musiqi alәtlәri istehsal olunur. Turizm inkişaf etmişdir. 1570 ildә tikilmiş H. qәsri hәrbi vә siyasi mәrkәz idi. 1871 ildә H. eyniadlı prefekturanın inz.m.-i olmuşdur. 1876 ildә Hamamatsu prefekturası lәğv edildikdәn sonra Sidzuoki prefekturasına daxil edilmişdir. Şәhәrin әsası rәsmәn 1911 ildә qoyulmuşdur. 1945 ildә, İkinci dünya müharibәsi gedişindә ciddi dağıntılara mәruz qalmışdı. 2005 ildә H.-ya 11 әtraf kәnd vә qәsәbә daxil edilmişdir. 2007 ildә şәhәr statusunu almışdır.










