HAMAMDAĞ – Azәrb. Resp.-nda palçıq vulkanı. Bakı ş.-nin Qaradağ r-nu әrazisindә, Əlәt qәs.-ndәn 9 km c.-da, Xәzәr dәnizinin sahilindәdir. Pirsaat burnunu tәşkil edәn alçaq yüksәklikdәn ibarәtdir. Fәaliyyәtdә olan 34 sopka vә qrifon var. Palçıq vә qaz qabarcıqlı su çıxır. Sonuncu dәfә 1984 ildә püskürmüşdür. Sopka brekçiyasının yayıldığı sah. 286,7 ha, hәcmi 172 mln. m3-dir.










