HAMAMLI – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (31.12.1937 ildәn Hamamlı, 26.9.1949 ildәn Spitak r-nu), Pәmbәk çayı sahilindә azәrb.-ların yaşadığı kәnd, Hamamlı r-nunun mәrkәzi, 1960 ildәn rayon tabeli şәhәr. 19 әsrin әvvәllәrindә burada İrandan, Türkiyәdәn gәlmә ermәnilәr dә yerlәşdirilmişdir. 26.9.1949 ildә kәndin (elәcә dә r-nun) adı dәyişdirilәrәk Spitak qoyulmuşdur.










