HAMAMLI – İrәvan xanlığının Karbibasar mahalında (9.9.1930 ildәn Əştәrәk r-nu), Abaran çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә bölgәdә Çar Rusiyasının apardığı işğalçılıq müharibәsi nәticәsindә kәnd dağıdılmış vә xarabalığa çevrilmişdir. 1830-cu illәrdә qaçqın әhali geri qayıdaraq kәndi yenidәn abadlaşdırmışdır. 1919 ilin mart-aprel aylarında kәnd ermәni tәcavüzünә mәruz qalaraq yenidәn dağıdılmış, әhalisi isә qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra geri qayıdan әhali 1948–53 illәrdә yenidәn deportasiya olunmuş, kәnd isә lәğv edilmişdir.










