HAMARDABAN – RF-nin Buryat Resp. vә İrkutsk vil. әrazilәrindә dağ silsilәsi. Tunkin çökәkliyindәn vә Baykal gölünün çuxurundan c.-dadır. Uz. 420 km, eni 65 km-әdәkdir. Hünd. 2371 m-әdәkdir (Xan-Ula d.). Orta dağlıq relyef üstünlük tәşkil edir. Qranit intruziyaları ilә yarılmış kristallik şist, qneys, bazalt vә әhәngdaşıdan ibarәtdir. Çoxlu göl var. Yamacları 1500–1800 m yüksәkliyәdәk sidr, şam meşәlәri ilә örtülüdür; daha yuxarılarda dağ tundrasıdır. Silsilәnin mәrkәzi hissәsindә Baykal qoruğu, q. hissәsindә Tunkin Milli Parkı yerlәşir; şm. qolları boyu Transsibir magistralı vә “Baykal” federal avtostradası keçir. Turizm inkişaf etmişdir.

Hamardaban dağ silsilәsi.










