HAMARQIŞLAQ – Azәrb. Resp. Cәlilabad r-nunda kәnd. Hamarqışlaq ә.d.-nin (Hamarqışlaq, Albalan, Allahverәnli, Xәlilabad, Xәlilli, İncilli, Qamışlıgöl, Qaraağac k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 6 km c.-q.-dә, Mişarçayın sahilindәdir. Əh. 1047 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, tibb mәntәqәsi, klub var.










