HAMARLAMA MAŞINI – üfüqi beton sәthlәri sürtüb hamarlamaq üçün inşaatmaşını. Əsas işçi orqanı üfüqi müstәvidә fırlanan hamarlama pәrlәri (bıçaqları) vә ya disklәridir. H.m.-ları disklәrin fırlanma sürәtini dәyişmәyә imkan verәn reduktorla, meyil bucağı tәnzimlәnәn bıçaqlarla, elәcә dә ilkin emal vә hamarlama, betonun son tamamlama emalı (cilalanması) üçün dәyişilәn işçi orqanlarla tәchiz edilir. Birrotorlu vә ikirotorlu H.m.-ları olur. Birrotorlu H.m.-ları kiçik sahәli tikinti obyektlәri üçün nәzәrdә tutulmuşdur; ölçülәrinin kiçikliyi vә mobilliyi bu avadanlığı asanlıqla hәrәkәt etdirmәyә imkan verir. İkirotorlu H.m.-ları isә böyük sahәli obyektlәrdә tәtbiq edilir; iki işçi orqanla vә operator oturacağı ilә tәchiz edilir. Güc qurğusu dizel vә ya benzinlә işlәyәn motor әsasında qurulur.










