HAMARLAR – Azәrb. Resp., Bәrdә r-nunun Şatırlı k.-ndә yaşayış yeri vә qәbiristanlıq. Kәndin mәrkәzi hissәsindә qeydә alınmışdır. Tәsәrrüfat işlәri zamanı müxtәlif ölçüdә sadә vә şirli qabların fraqmentlәri, “Bayram yeri” adlanan әrazidәn isә gümüş pullar vә bir әdәd gildәn hazırlanmış qoç fiqurunun baş hissәsi tapılmışdır. Abidәdәn 4 әdәd gildәn su tüngü, 1 әdәd qara rәngli gil qapağın sınıqları, 1 әdәd dәmir bıçaq tiyәsi, 2 әdәd nazik mis çubuq, 1 әdәd dәmir nizә ucluğu, 1 әdәd gil qab, 1 әdәd tuncdan hazırlanmış çıraq, sadә vә şirli qabların fraqmentlәri aşkar olunmuşdur. Toplanan yerüstü materiallar dövr etibarı ilә bir-birindәn fәrqlәnir. Keramika nümunәlәrinin dәqiq analizi bu yaşayış yerindә hәyatın Son Tunc–Erkәn Dәmir dövründәn başlayaraq son orta әsrlәrә qәdәr davam etdiyini göstәrir.










