HAMAŞMEYVƏ – zoğun vegetativ hissәsindәn bir saplaqla ayrılmış bir çiçәk qrupunun yetişmiş meyvәlәrin cәmi. Bәzi H.-nin sәrbәst meyvәlәri ayrılmış meyvә saplaqlarında (mәs., üzüm, quşarmudu, gәndәlaş, çәtirlilәr) yerlәşir, digәrlәrininki qınla әhatәlәnmiş sәrbәst quru birtoxumlu meyvәlәrdәn (mürәkkәbçiçәklilәrdә) ibarәtdir, yaxud çiçәkyatağındakı şirәli, әtli meyvәyanlığının (әncirdә) içәrisindә yerlәşir. Bir sıra H.-dә çılpaq meyvәlәr (pandamus, likvidambar), yaxud onları әhatә edәn şirәli (tutlarda) vә ya quru (çuğundur) çiçәkyanlıqlarından ibarәt H.-lәr bir-birinә bitişirlәr. Ananas, çörәk ağacı, maklüranın iri H.-lәri, meyvәlәrin şirәli oxla vә çiçәk qrupunun digәr elementlәri ilә bitişmәsindәn әmәlә gәlir.










