HAMAT, E m a f (ibranicә
, yun. Ήμάθ, Έμάθ, Άίμάθ) – Suriyanın mәrkәzi hissәsindә şәhәr vә dövlәt. Neolit dövründә (e.ә. 4-cü minillik) mәskunlaşmışdı. Bibliyada mәrkәzi H. şәhәri olan eyniadlı arami dövlәti (e.ә. 2-ci minilliyin sonu – e.ә. 8 әsrin sonu) qeyd edilir. E.ә. 10 әsrin әvvәlindә yәhudi çarı Davidin tabeliyindә olmuşdur. Bibliyada “Böyük Hamat” da adlandırılır. E.ә. 9 әsrin әvvәllәrindә H. çarları Aşşura qarşı vuruşmuşlar. Cәnubi Suriya ittifaqının mәrkәzi kimi H. (Dәmәşq ilә bәrabәr) e.ә. 9 әsrin sonlarında çiçәklәnmә dövrünü keçirmişdir. E.ә. 8 әsrdә Aşşur tәrәfindәn mәğlub edilmiş, tәqr. 720 ildә onun әyalәtinә çevrilmişdi. Ellin dövrün dә Epifaniya adlandırılmışdı. Ərәb istilaları zamanı dağıdılmış, Əmәvilәr dövründә Hәma adı ilә bәrpa olunmuşdu. 1931–38 illәrdә aparılmış qazıntılar zamanı meyityandırma dәfn adәti olan Dәmir dövrü nekropolu aşkar edilmişdir.










