HAMBAL, H a m m a l (tәxәllüsü; әsl adı vә soyadı Bayramәli Abbaszadә ) (1859, Cәnubi Azәrb., Sәrab mahalının Dünni k.– 3.6.1926, Bakı) – Azәrb. şairi. “Mirzә Gülzar” tәxәllüsü ilә dә yazmışdır. Mollaxanada ibtidai tәhsil almışdır. Gәnc yaşlarından haqsızlığa, ictimai әdalәtsizliyә qarşı hәcvlәr yazmışdır. İran inqilabı (1905–11) dövründә Sәttarxanın fәdai dәstәlәrindә vuruşmuşdur. Sonralar Bakıya gәlәrәk, ağır hәyat şәraitindә yaşamış, hamballıq etmiş, burada M.Ə.Sabirlә tanış olmuş, onun mәslәhәti ilә dә “Hambal” tәxәllüsünü götürmüşdür. Sabir әnәnәlәrini davam etdirәn H. tәnqidi realizm ruhunda yazdığı şeirlәrin dә ictimai quruluşu, şah istibdadını, imperializmi (“Fәryadi-mәzlumanә”, “Mәşrutә”, “Süpehdar”, “Parisdәn Tehrana”, “İranlı olmasaydı”, “Olacaq, olmayacaq”, “Gözün aydın” vә s.), sosial әtalәti vә cәhalәti (“İran”, “İslamda elm” vә s.) tәnqid etmiş, Mәşrutә hәrәkatını alqışlamışdır (“İranlıların nalәsi”). H. “Kommunist” qәzeti redaksiyasında işlәmiş, hәmçinin Bakıda çıxan müxtәlif qәzet vә mәcmuәlәrlә, o cümlәdәn “Molla Nәsrәddin” jurnalı ilә yaxından әmәkdaşlıq etmiş, yeniliyi tәrәnnüm edәn şeirlәr dә yazmışdır (“Yeni yol”, “Maarifә doğru”, “Şәrqin sәadәti”, “Qәzәl” vә s.). Mәnzum felyetonları var.
Ə s ә r l ә r i: Seçilmiş şeirlәr. B., 1964; Şeirlәr. Cәnubi Azәrbaycan әdәbiyyatı antologiyası. 2 c. B.,1983.
Əd.: C ә f ә r X ә n d a n. Ədәbiyyatımızın dünәni vә bu günü. B., 1980; M i r C ә l a l, H ü s e y n o v F. XX әsr Azәrbaycan әdәbiyyatı. 3-cü nәşr. B., 1982.










