HAMBALALI EV – Azәrb.-da qәdim xalq yaşayış evi tipi. İki tәrәfә maili dam örtüyü ilә sәciyyәlәnirdi. Divarın eni boyu iki tir – “hambala”, üstündәn isә uzununa iki tir – “mil” qoyulurdu. Tirlәrin vә onların divar ilә aralarına pәrdi döşәnir, üstünә qamış vә ya qarğı sәrilir, torpaq töküb bәrkidilirdi. Adәtәn, daşdan tikilәn H.e.-in eyvanı evin uzunluğu boyunca olurdu. Əsasәn, Qarabağ zonası üçün sәciyyәvi idi. Şәki-Zaqatala zonasında da tәsadüf edilirdi. H.e.-lәr Şirvanda “Şirvani ev” adlanırdı.










