HÁMERSLİ (Hamersley) – Avstraliyanın q.-indә dağ silsilәsi. Yastı zirvәli massivlәr zәncirindәn ibarәtdir. Hünd. 1235 m-әdәk (Brus d.). Şm. yamacı Forteskyü çayı dәrәsinә dik düşür. Quru çay dәrәlәri ilә dәrin parçalanmışdır. Kristallik süxurlardan vә qumdaşlarından ibarәtdir. Yamaclarında otlu-dәnli bitkilәr, dәrәlәrdә akasiya vә ev kaliptlәrdir. Hamersli dәmir filizi yatağı vә Hamersli-Reync Milli Parkı buradadır.










